Elmar Məmmədyarov Nyu-Yorkda görüşlər keçirib
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 66-cı sessiyasının ümumi müzakirələrində iştirak etmək məqsədilə Nyu-Yorkda səfərdə olan Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov bir sıra ikitərəfli görüşlər keçirib. XİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, E.Məmmədyarov Şimali Kipr Türk Respublikasının prezidenti Dərviş Eroğlu, Türkiyənin baş naziri R.T.Ərdoğan, Tuvalunun baş naziri Villi Telavi, Böyük Britaniyanın xarici işlər üzrə dövlət naziri Lord Hovel, Bolqarıstanın xarici işlər naziri Nikolay Mladenov, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefort və Ərəb Dövlətləri Liqasının baş katibi Nəbil Əl Ərəbi ilə görüşlər keçirib.
Görüşlərdə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti ilə yanaşı, Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, iqtisadi və enerji sahələri, eyni zamanda qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Nazir E.Məmmədyarov eyni zamanda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin toplantısında da iştirak edib.

462