Qənirə Paşayeva İstanbul Türk Ocağını ziyarət edib
Türkiyədə səfərdə olan millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva “Türk Ocaqları”nın İstanbul şöbəsində olub, Ocaq rəhbərliyi və Ocağın gənc üzvləri ilə görüş keçirib.
Xanım millət vəkilini Ocaqda salamlamaqdan məmnunluğunu ifadə edən İstanbul Türk Ocaqlarının başqanı Cezmi Bayram, təmsil etdiyi qurumun məramı, məqsədi, son dönəm çalışmaları və qarşıda duran vəzifələr barədə danışıb, Azərbaycana həmişə böyük hörmət və ehtiram bəslədiklərini, Atatürkün sözlərini xatırladaraq, Sizin “sevinciniz sevincimiz, kədəriniz kədərimizdir” deyib.
Xanım Paşayeva Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı münasibətlərin bütövlükdə Türk Dünyası üçün önəm daşıdığını vurğulayaraq, iki qardaş ölkənin tərəqqisinin digər türksoylu respublikalar və əslində bütün region üçün faydalı olduğuna dair fikirlərini bölüşüb. Diqqəti Azərbaycan torpaqlarının işğalı faktına, bu faktın bütün Türk Dünyasını narahat etməli olan bir məsələ kimi xarakterizəsinə yönəldən Qənirə Paşayeva qaçqın və məcburi köçkünlərin durumu, işğal altındakı ərazilərdə milli, tarixi mədəniyyət abidələrinin ermənilər tərəfindən vandalizmə məruz qalması, bir sözlə, işğal faktının hələ də davam etməsi, bundan irəli gələn fəsadlar barədə danışıb.
Ortaq türk tarixinin yazılması, Türkiyə-Azərbaycan münasibətlərinin dünəni, bu günü və sabahı, hər iki qardaş xalqın diaspor təşkilatlarının işbirliyi, habelə türklərin geopolitik mövqeyi kimi mövzuları əhatə edən görüşdə qarşılıqlı olaraq xoş arzular ifadə olunub.
Sonra “Türk Ocaqları”nın gənc üzvləri ilə görüşən Azərbaycanlı parlamentari onların timsalında türk gəncliyini fikir birliyinə çağırmış, gücümüzün birlikdə olduğunu vurğulayıb. Dünya türklüyünün üzüntülərinin ancaq Türkiyə və Azərbaycan kimi iki qardaş, dost və qonşu ölkənin gücü nisbətində çözümə yaxınlaşacağını bildirən xanım Paşayeva İsmayıl Qaspıralının “Dildə, fikirdə, işdə birlik” şüarını xatırladaraq, gəncləri Azərbaycandakı həmyaşıdları, uyğun profilli təşkilatlarla işbirliyinə dəvət edib.

608