Qənirə Paşayeva Bursada QHT və KİV rəhbərləri ilə görüşüb
II Böyük Rumeli-Balkan Festivalında iştirak edən Azərbaycan-Türkiyə Dostluq Qrupunun üzvü Qənirə Paşayeva festival çərçivəsində Rumeli Balkan Federasiyasının başqanı Süheyl Çobanoğlu, Balkan Rumeli Köçmənləri Konfederasiyasının başqanı Turhan Gencoğlu, “Tek Rumeli TV”-nin rəhbərliyi, habelə Rumeli və Balkan əsilli ziyalıların qurmuş olduğu bir sıra ictimai təşkilatların başçıları ilə ayrı-ayrılıqda görüşüb.
Lent.az-ın verdiyi məlumata görə, millət vəkili görüş keçirdiyi şəxslərlə, birgə iştirak etdikləri II Böyük Rumeli-Balkan Festivalı çərçivəsində təşkil olunan və ictimaiyyət tərəfindən böyük maraqla qarşılanan tədbirlər, görüşlər barədə öz təəssüratlarını bölüşüb, belə görüşlərin türk insanının bir-birini daha yaxından tanıması, yeni əlaqələrin qurulması və yeni əməkdaşlıq üfüqlərinin açılması baxımından faydalı olduğuna inandığını bildirib.
Qənirə Paşayeva görüşlərdə Ermənistanın Azərbaycan Respublikasının torpaqlarının 20%-ni işğal altında saxlaması, qaçqın və məcburi köçkünlərin uzun illərdir öz doğma yurdlarına dönə bilməməsi, Dağlıq Qarabağ və işğal edilmiş digər Azərbaycan ərazilərindəki tarixi abidələrin erməni vandalizminə məruz qalması barədə danışıb. Qənirə Paşayevanın təqdim etdiyi faktlardan dərindən təsirləndiklərini bildirən hər bir görüş iştirakçısı Azərbaycanın haqlı davasında əllərindən gələni bundan sonrə da əsirgəməyəcəklərini söyləyiblər.
Qənirə Paşayeva “Tek Rumeli TV”-yə geniş müsahibə verib.

424