Qənirə Paşayeva Lefkə Avropa Universitetinin rəhbəri ilə görüşüb - FOTO
22 sentyabr 2011 21:40 (UTC +04:00)

Qənirə Paşayeva Lefkə Avropa Universitetinin rəhbəri ilə görüşüb - FOTO

Millət vəkili Qənirə Paşayeva Bakıda səfərdə olan Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Lefkə Avropa Universitetinin (LAU) İdarə Heyətinin və Lefkə Bələdiyyəsinin başqanı professor Mehmet Zəfər, həmin universitetin prorektoru Akın Cellatoğlu ilə görüşüb.

Lent.az-ın verdiyi məlumata görə, səfərin məqsədindən danışan Mehmet Zafer deyib ki, Azərbaycanla tələbə mübadiləsi, gənclərin təhsil səviyyəsinin yüksəldilməsi, Lefkə Bələdiyyəsi ilə Azərbaycan bələdiyyələrindən birinin qardaşlaşmış bələdiyyə olması, ümumən işbirliyi imkanlarının araşdırılmasını nəzərdə tutublar.

Mehmet Zafer LAU-da müxtəlif hazırlıq kurslarının təşkil olunduğunu, universitetin bundan sonra Azərbaycanda da təmsilçiliyinin fəaliyyət göstərəcəyini nəzərə çatdırıb. O, təhsillə bağlı Qarabağ müharibəsi veteranları və şəhid ailələrindən olan gənclərə güzəştlər olunacağını da bildirib. Mehmet Zafer LAU ilə sıx əməkdaşlıq edən, Azərbaycana bu səfərlərin gerçəkləşməsinə dəstək verən Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin (EkoAvrasya) üç Azərbaycan QHT və KİV təmsilçisini ödülə layiq gördüyünü və səfər çərçivəsində həmin ödüllərin təqdim ediləcəyini bildirib. Həmin insanlar, Azərbaycanla Türkiyə arasında sosial-mədəni və informasiya mübadiləsi sahəsində göstərdikləri xidmətlərə görə mükafatlandırılıblar.

Qənirə Paşayeva belə görüşlərin bütövlükdə Türk Dünyası üçün faydalı olduğuna inandığını söyləyib. O, LAU-nun Bakıda təmsilçilik açmasının da bu universitetlə Azərbaycan təhsil ocaqları arasında yeni əməkdaşlıq üfüqləri açacağını qeyd edib. Qənirə Paşayeva EkoAvrasyanın ödülünə layiq görülən hər üç şəxsi – araşdırmaçı-jurnalist Elnur Eltürk, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalı və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Sumqayıt şəhər Təşkilatının başçısı, Milli QHT Forumunun koordinatoru Mübariz Quliyevi yaxşı tanıdığını, işlərinə yaxından bələd olduğunu vurğulayıb.

Qənirə Paşayeva Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı da danışıb. Millət vəkili Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi zaman minlərlə azərbaycanlını qətlə yetirməsi, soyqırım törətməsi, minlərlə azərbaycanlını əsir və girov götürərək onlara qarşı amansız işgəncələr tətbiq etməsi, bu gün də onlarla azərbaycanlının Ermənistanda əsir və girov saxlanılması barədə məlumat verib. Ermənistanın bu gün də işğal etdiyi Azərbaycan torpaqlarında qurduqları hərbi mövqelərindən atəşkəs rejimini pozaraq snayperlərlə sivil insanları, qadınları, uşaqları hədəfə alaraq qətlə yetirməsi kimi vandalizm aktlarını da onların diqqətinə çatdırıb: “Dağlıq Qarabağ münaqişəsi bütün Türk Dünyasının problemidir və dünyanın harasında yaşamasında asılı olmayaraq Türk insanı bu münaqişənin tənzimlənməsində öz səylərini daha da artırmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1175

Oxşar yazılar