Səməd Seyidov İsrail səfirini qəbul edib
ADU-nun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Səməd Seyidov İsrail səfirini rəhbərlik etdiyi universitetdə görməkdən məmnun olduğunu bildirib. Ölkələrimiz arasında əlaqələrin əhəmiyyətindən danışan Səməd Seyidov mədəniyyət, elm və bu kimi digər humanitar sahələrdə əməkdaşlığın bir çox əlaqələrin inkişafına təkan verdiyini söyləyib. ADU-da bir sıra dil mərkəzlərinin mövcud olduğunu nəzərə çatdıran rektor universitetdə İsrail və Yaxın Şərq Araşdırmalar Mərkəzinin də fəaliyyət göstərdiyini qeyd edib. Səməd Seyidov Mərkəzin İsrail və Azərbaycan arasındakı əlaqələrin inkişafında yüksək ixtisaslı kadrların yetişdirilməsinə yardımçı olduğunu diqqətinə çatdırıb.
Mixail Lavon Lotem ikitərəfli münasibətlərə təhsil sahəsindəki əməkdaşlığın təkan verdiyini vurğulayıb. Görüşdə gələcək əməkdaşlığın perspektivləri barəsində fikir mübadiləsi də aparılıb.
Xatırladaq ki, ADU-da İsrail və Yaxın Şərq Araşdırmalar Mərkəzi 2005-ci ildən fəaliyyət göstərir. İsrailin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə yaradılan mərkəz bütün texniki avadanlıq və vəsaitlərlə təmin olunub.

819