“Rusiya “Dağlıq Qarabağ Respublikası”nı müstəqil dövlət kimi tanımır”
“Dağlıq Qarabağda seçkilərin keçirilməsi münaqişənin sülh yolu ilə həlli prosesinə təsir göstərə bilməz”. APA-nın məlumatına görə, bu bəyanatla Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç çıxış edib.
“Məlum olduğu kimi Rusiya “Dağlıq Qarabağ Respublikası”nı müstəqil dövlət kimi tanımır. Hesab edirik ki, Dağlıq Qarabağda seçkilərin keçirilməsi münaqişənin sülh yolu ilə həlli prosesinə təsir göstərə bilməz”.
Lukaşeviçin şərhi Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib. Sənəddə həmçinin bildirilir ki, Rusiya ATƏT-in Minsk Qrupunun digər həmsədrləri olan ABŞ və Fransa ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində aktiv vasitəçilik səylərini davam etdirir: “Azərbaycan və Ermənistan tərəfinə Qarabağ düyününün çözülməsi üçün kompromisin tapılmasında dəstəyi davam etdirəcəyik. Ərazi bütövlüyü, güc tətbiq etməmək prinsiplərinə beynəlxalq hüququn digər əsas prinsipləri kimi dəstək verdiyimizi təsdiqləyirik”.

Oxşar yazılar

MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53