Azərbaycan və Kolumbiya xarici işlər nazirlikləri məsləhətləşəcək
Sentyabrın 20-də Nyu-York şəhərində BMT Baş Assambleyasının 66-cı sessiyasının işində iştirak edən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla kolumbiyalı həmkarı Maria Anxela Olqin Kueyar arasında görüş keçirilib.
Azərbaycanın Meksikadakı səfirliyindən Lent.az-a verilən məlumata görə, görüş zamanı tərəflər iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticarət, enerji sektorunda əməkdaşlığın genişləndirilməsi, habelə təhsil, mədəniyyət, turizm sahələrində əlaqələrin inkişaf etdirilməsi perspektivlərini müzakirə ediblər.
Tərəflər Azərbaycan və Kolumbiya xarici işlər nazirlərinin 2012-ci il ərzində qarşılıqlı səfərlərinin həyata keçirilməsi barədə razılığa gəliblər. Görüş zamanı “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Kolumbiya Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılması haqqında Anlaşma Memorandumu” və “Azərbaycan Respublikası Hökuməti və Kolumbiya Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı olaraq aradan qaldırılması haqqında Saziş” imzalanıb.
İki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədi ilə müqavilə–hüquq bazasının gələcəkdə daha da genişləndirilməsi vacib sayılıb. Tərəflər regional və beynəlxalq proseslərə dair qarşılıqlı fikir mübadiləsi aparıblar. Görüşdə Azərbaycanın Meksikada və eyni zamanda Kolumbiyadakı səfiri İlqar Muxtarov da iştirak edib.

641