Media təmsilçilərimiz BMİ-nin Ümumdünya Konqresinə qatılacaqlar
21 sentyabr 2011 15:07 (UTC +04:00)

Media təmsilçilərimiz BMİ-nin Ümumdünya Konqresinə qatılacaqlar

BMİ-nin Azərbaycan Milli Komitəsinin informasiya departamentindən Lent.az-a verilən məlumaa görə, sentyabrın 24-27 də Tayvanın paytaxtı Taypeydə keçiriləcək tədbirdə BMİ-nin Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlu, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azər-Press İnformasiya Agentliyinin (APA) rəhbəri Vüsalə Mahirqızı və Beynəlxalq Avrasiya Mətbuat Fondunun departament rəhbəri Nik Nvolisa iştirak edəcəklər.

Bu mötəbər media tədbirinə dünyanın əksər dövlətlərinin, o cümlədən ABŞ, Böyük Britaniya, Almaniya, Rumыniya, Çin, Hindistan, Pakistan, Yaponiya, Cənubi Koreya, Birləşmiş Ərəb Əmirlikləri və Cənubi Afrikadan nümayəndələr qatılacaqlar. Dünyanın ən nəhəng televiziya, jurnal, qəzet və agentlikləрin rəhbərləri, xüsusi müxbirləri, nümayəndələri, diplomatları iştirak edəcəklər. BMİ-nin builki konqresini Tayvan prezidenti Yunq-ceou Ma açacaq. Tayvan baş naziri Den-yih Vununə tədbirin bağlanış mərasimində yekun nitqi olcaq. Tədbirdə “BBC”nin baş direktoru Mark Tompson, “Vaşinqton Post” qəzetinin şərhçi-redaktoru Con Pomfret, “CNN„in müxbiri Cim Klansi, Çinin “Tomson Ruters” Agentliyinin sədri Devid Şlezinger, “Associated Press” Agentliyinin vitse-prezidenti Con Deniszevski, “Gardian” qəzetinin xüsusi araşdırmalar üzrə müxbir Amelia Hilli və digərləri çıxış edəcəklər.

Hər il olduğu kimi bu il də BMİ-nin “Azad Media Öncülü” ali mükafatı 2011-ci ilin qalibinə - Tunisin tanınmış “Kalima” radiosuna təqdim olunacaq. Hələ ilin əvvəlindən BMİ rəhbərliyi “Azad Media Öncülü” seçiminin bu dəfə qurumun Azərbaycan Milli Komitəsi tərəfindən koordinə edilməsi barədə qərar qəbul edib. Milli Komitə tərəfindən isə bu iş Komitənin üzvü Azər Həsrətə həvalə olunub.

Konqresin proqramı “Asiyada media əsridirmi? XXI əsrin inkişaf prosesinin sayəsində yeni texnologiyalardan azad mediaya doğru” mövzusunda tərtib olunub. Proqram medianın Asiyada inkişaf prosesi, o cümlədən, Şimali Kareyanın nüvə texnologiyası, söz azadlığı və digər məsələlər istiqamətində fəaliyyətini, həmçinin media sənayesinə dair məsələləri əhatə edir. Asiyada media təbliği ilə bağlı məsələlərin arasında Çinin qüdrətinin artması və ABŞ-la rəqabət aparması, “Facebook” sosial şəbəkəsində üsyana çağırışlar da var.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 569

Oxşar yazılar