Liviyadakı səfirimiz: “Yeni hakimiyyətlə iş aparmağa başlamışıq”
21 sentyabr 2011 14:51 (UTC +04:00)

Liviyadakı səfirimiz: “Yeni hakimiyyətlə iş aparmağa başlamışıq”

Bu barədə APA-ya səfir Ağasəlim Şükürov məlumat verib.

O, hazırda paytaxtda sakitlik olduğunu, Tripoli uğrunda döyüşlərdə səfirlik binasının zərər çəkmədiyini deyib: “Şəhərdə təhlükəsizliyin təminatı üçün müvafiq iş aparılır. Yollara postlar qoyulub və yoxlamalar aparılır. Şəhərdə su, qida məhsulları və benzin qıtlığı yoxdur”.

Azərbaycanın Liviya Milli Keçid Şurasını legitim hökumət kimi tanıdığını xatırladan A. Şükürov bildirib ki, iki ölkə arasında əməkdaşlıq davam edir və səfirlik yeni hakimiyyətin təmsilçiləri ilə iş aparmağa başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 531

Oxşar yazılar