Qənirə Paşayeva Makedoniya və Kosovanın türk əsilli nazirləri ilə görüşüb
Lent.az-ın verdiyi məlumata görə, Qənirə Paşayeva İzmir millət vəkili Rifat Sait, İstanbul millət vəkili Hüseyn Bürke, Bursa Bələdiyyə başqanı Recep Altepe, İstanbul Sultanqazi bələdiyyə başqanı Cahit Altunay, Makedoniyanın türk əsilli naziri, dövlət naziri Hadı Nezir və Kosovanın türk əsilli naziri Mahir Yagcılarla ayrı-ayrılıqda görüşüb.
Millət vəkili görüş keçirdiyi şəxslərlə II Böyük Rumeli-Balkan Festivalı, bu festival çərçivəsində düzənlənən maraqlı tədbirlər və görüşlər barədə öz təəssüratlarını bölüşüb və belə görüşlərin türk insanının bir-birini daha yaxından tanıması, yeni əlaqələrin qurulması və yeni əməkdaşlıq üfüqlərinin açılması baxımından çox faydalı olduğunu vurğulayıb. Görüşlərdə Ermənistanın Azərbaycanın BMT tərəfindən tanınan 20% ərazisini işğal altda saxlaması, qaçqın və köçkünlərin öz doğma ev-eşiklərinə dönə bilməməsi, Dağlıq Qarabağ və işğal edilmiş digər rayonlardakı tarixi abidələrin vandalizmə məruz qalması barədə danışan Qənirə Paşayeva bununla bağlı sənədləri, foto-fakt və videogörüntüləri, Heydər Əliyev Fondunun nəşrlərini həmsöhbətlərinə təqdim edib.
Təqdim olunan faktlardan dərindən təsirləndiklərini bildirən hər bir görüş iştirakçısı dost və qardaş Azərbaycana sevgilərini ifadə ediblər.

520