Əli Həsənov: “Qarabağ probleminə ciddi yanaşmırlar”
21 sentyabr 2011 11:00 (UTC +04:00)

Əli Həsənov: “Qarabağ probleminə ciddi yanaşmırlar”

APA-nın xəbərinə görə, bu bəyanatı Azərbaycan baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin Problemləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov “Ərzaq təhlükəsizliyinin monitorinqi sisteminin təqdimatı və tətbiqi” mövzusunda Bakıda keçirilən seminarda çıxış edərkən səsləndirib.

Ə.Həsənov dünyada bəzi ölkələrə qarşı ikili standartların və ədalətsiz siyasətin yürüdüldüyünü bildirib: “Buna əyani misal Fələstin münaqişəsi, eləcə də hazırda ərəb ölkələrində baş verənlərdir”.

Baş nazirin müavini beynəlxalq qurumların və bəzi aparıcı dövlətlərin Azərbaycanla bağlı siyasətlərini kəskin tənqid edib: “Onlar Dağlıq Qarabağ münaqişəsini guya həll etmək istəyir, Azərbaycana hüquq dərsi keçməyə çalışırlar. Halbuki BMT, Avropa Şurası və ATƏT kimi beynəlxalq təşkilatların Qarabağ problemi ilə bağlı qərarları indiyədək yerinə yetirilməyib. Bu, təəssüfləndirici haldır”.

Ə.Həsənov qeyd edib ki, belə bir vəziyyətdə ölkənin əsas problemlərinin, o cümlədən ərzaq təhlükəsizliyinin həllində Azərbaycan yalnız öz gücünə arxalanmalıdır: “Nə qədər ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb, torpaqlarımız işğaldan azad edilməyib və 1 milyondan artıq qaçqın-köçkünümüz var, ərzaq təhlükəsizliyi həmişə diqqətdə saxlanmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 450

Oxşar yazılar