BAXCP hakimliyə namizədlərin test imtahanından razı qalıb
Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib.
BAXCP mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ictimai-siyasi vəziyyətlə bağlı məsələnin müzakirəsindən sonra BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev İdarə Heyətinin üzvlərinə sentyabrın 18-də Hakimlərin Seçki Komitəsi tərəfindən hakimliyə namizədlər üçün Bakı İdman Sarayında keçirilən test imtahanı barədə məlumat verib.
İmtahan prosesini millət vəkili Çingiz Qənizadə, 40-dan çox xarici və yerli QHT təmsilçilərilə birgə müşahidə etdiyini bildirən BAXCP sədrinin sözlərinə görə, test imtahanı maksimum şəffaflıq şəraitində keçirilib. İmtahan prosesinin hər bir mərhələsi, o cümlədən sualların seçimi və cavabların yoxlanılmasının bilavasitə imtahan keçirilən zalda, namizədlərin, millət vəkillərinin, QHT və KİV nümayəndələrinin qarşısında həyata keçirilib. Hakimlərin Seçki Komitəsi tərəfindən hazırlanmış 1000-dən çox test sualları bankından təsadüfi yolla - lototron vasitəsilə 10 variantda sual topluları seçilib. Sonra hakimliyə namizədlər bu sual toplularından birini seçiblər və suallar yerindəcə çoxaldılaraq cavablandırılması üçün namizədlərə paylanılıb.
Dörd saat davam edən imtahanın nəticələri xüsusi dəqiq avadanlıqla imtahan başa çatan kimi dərhal yoxlanılıb və nəticələr yerindəcə elan olunub. Bütün imtahan prosesi Məhkəmə-Hüquq Şurasının internet saytı vasitəsilə “on-line” rejimində birbaşa yayımlanıb. BAXCP sədri imtahan prosesinin şəffaf prosedur kimi yüksək dəyərləndirdiyini söyləyib. Qüdrət Həsənquliyev eyni zamanda qeyd edib ki, hakimlərin seçkisi ilə bağlı test imtahanından sonrakı mərhələnin də “on-line” rejimində yayımlanması məqsədəuyğun olardı və bu sahədə maksimum şəffaflığın təmin olunmasına zəmin yaradardı.

572