Ərəb Dövlətləri Liqasından Azərbaycana önəmli dəstək
Ərəb Dövlətləri Liqasının 13-15 sentyabr tarixlərində keçirilmiş xarici işlər nazirlərinin 136-cı Şurasının iclasının gündəliyinə Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üzrə qeyri-daimi üzvlüyünə namizədliyinin ərəb dövlətləri tərəfindən dəstəklənməsi üçün bənd daxil edilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ərəb Dövlətləri Liqasının xarici işlər nazirlərinin 136-cı Şurasının iclasında ərəb dövlətləri tərəfindən Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyinin dəstəklənməsinə dair qərar qəbul edilib.
Bu qərar Azərbaycanın ərəb dünyası ilə əlaqələrinin yüksək səviyyədə inkişaf etməsinin göstəricisidir.

485