Qənirə Paşayeva Bursaya gedir
17 sentyabr 2011 16:13 (UTC +04:00)

Qənirə Paşayeva Bursaya gedir

Milli Məclisin deputatı Qənirə Paşayeva Bursa Böyükşəhər Bələdiyyəsinin təşkil etdiyi II Böyük Rumeli Balkan adlı tədbirdə iştirak etmək üçün sentyabrın 17-18-də Türkiyənin Bursa şəhərində səfərdə olacaq.


Lent.az xəbər verir ki, Bursanın Atatürk stadionunda türkdilli ölkələrin millət vəkillərinin, hökumət nümayəndələrinin, ziyalılarının və elm adamlarının iştirakı ilə keçiriləcək bu tədbirdə millət vəkili Qənirə Paşayeva çıxış edəcək. Deputat çıxışında Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümü, bu illər ərzində ölkəmizin keçdiyi inkişaf yolu, Dağlıq Qarabağ münaqişəsi, ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında törətdikləri vandalizm aktları barədə geniş məlumat verəcək, türkdilli ölkələrin problemlərinin həllində daha sıx birləşmənin vacibliyindən danışacaq.

Səfər çərçivəsində Qənirə Paşayevanın türkdilli ölkələrdən olan millət vəkilləri və hökumət nümayəndələri ilə görüşləri, həmçinin ölkə televiziyalarına və mətbuatına müsahibələri də nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 442

Oxşar yazılar