Monteneqro prezidenti İçəri Şəhərdə olub -
16 sentyabr 2011 19:29 (UTC +04:00)

Monteneqro prezidenti İçəri Şəhərdə olub -

Lent.az-ın məlumatına görə, qonağı qarşılayan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin İçəri Şəhərə göstərdiyi diqqət və qayğısı barədə məlumat verib, Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın və rəhbərlik etdiyi Heydər Əliyev Fondunun İçəri Şəhərin qorunmasında rolu barədə danışıb.

Qonağın Bakının qədim hissəsi ilə tanışlığı YUNESKO-nun “Dünya İrsi Siyahısı”na daxil edilmiş Bakının simvolu əzəmətli Qız Qalası abidəsinin qeyri adi memarlıq özəllikləri barədə dolğun məlumat verilməsi ilə başlayıb və yaxınlıqdakı Sıratağlı dini memarlıq kompleksinin ərazisindəki ekpozisiya ilə tanışlıqla davam edib.

Gəzinti elektromobillərlə davam etdirilib, Kiçik Qala küçəsində cənab prezident Azərbaycan milli mətbəxinin ləziz nümunəsi olan təndir çörəyinin dadına baxıb.

Daha sonra nadir memarlıq incisi olan “Şirvanşahlar Sarayı Kompleksi”ndə olan qonağa Azərbaycanın qədim dövlətçilik tarixi və kompleksin inşaat-memarlıq xüsusiyyətləri ilə bağlı ətraflı məlumat verilib.

Sonda Monteneqro prezidenti Filip Vuyanoviç İçəri Şəhərin Fəxri Qonaqlar Kitabına ürək sözlərini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1366

Oxşar yazılar