ATƏT Parlament Assambleyasının sessiyasında Dağlıq Qarabağ münaqişəsi müzakirə ediləcək
Xorvatiyanın Dubrovnik şəhərində 7-11 oktyabr tarixlərində keçiriləcək ATƏT Parlament Assambleyasının payız sessiyasında Dağlıq Qarabağ münaqişəsi müzakirəyə çıxarılacaq.
Lent.az-ın verdiyi məlumata görə, bunu Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Bahar Muradova Yeni Azərbaycan Partiyasının rəsmi saytına açıqlamasında söyləyib.
Bahar Muradova bildirib ki, Azərbaycan nümayəndə heyəti uzun müddət idi belə bir müzakirələrin keçirilməsi təşəbbüsləri ilə çıxış edib. Onun sözlərinə görə, ATƏT PA-nın hazırkı sədri və qurumun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Suareş belə bir müzakirələrin təşkil olunmasına çalışacaqlarını bildirib: “Onlar müzakirələrin payız sessiyasında keçirilməsinin mümkünlüyünü vurğulamışdılar. Artıq sessiyanın gündəliyi təsdiqlənib. Oktyabrın 7-dən 11-ə kimi Dubrovnikdə keçiriləcək payız sessiyasının ikinci günü-oktyabrın 8-də “Münaqişələrin həll olunmasında ATƏT-in rolu: Dağlıq Qarabağ problemi” mövzusunda müzakirələr keçiriləcək və bu müzakirələrdə ATƏT-in Minsk qrupunun həmsədrləri, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin nümayəndəsi iştirak edəcək. Həmsədrlər bu müzakirələrdə məruzə ilə çıxış edəcəklər”.
Belə bir müzakirələrin keçirilməsinin çox vacib hadisə kimi dəyərləndirən Bahar Muradova qeyd edib ki, münaqişənin 56 ölkənin parlamentarilərinin diqqətində olması ciddi məsələdir. Vitse-spikerin fikrincə, istənilən beynəlxalq təşkilatda Dağlıq Qarabağ probleminin xüsusi məsələ kimi müzakirəyə çıxarılmasının çox böyük əhəmiyyəti var: “Belə bir mötəbər beynəlxalq təşkilatda həmsədrlər məruzə ilə çıxış edəcək, Avropa parlamentariləri münaqişə ilə bağlı ilkin mənbədən məlumat alacaqlar. Həmsədrlər danışıqların hazırkı vəziyyəti, prosesin perspektivləri ilə bağlı düşüncələri, tərəflərin mövqeləri haqqında parlamentarilərə məlumat verəcəklər. Müzakirələrin nəticəsi olaraq hansısa sənədin qəbul olunub-olunmayacağı hələ bəlli deyil. Amma əsas məsələ odur ki, bu problem müzakirəyə çıxarılır və müzakirələrin gedişində status-kvonun dəyişdirilməsinin vacibliyinin həmsədrlər tərəfindən ATƏT PA-nın tribunasından səsləndiriləcəyi gözlənilir. Təbii ki, Azərbaycan nümayəndə heyəti bu müzakirələrdə fəal iştirak edəcək və əsil həqiqətləri bu yüksək tribunadan bir daha bəyan edəcəklər”.

445