Strasburqda Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında gərginlik yaranıb
Bu açıqlamanı APA-ya hazırda Strasburqda olan Milli Məclisin deputatı, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov verib. O, müzakirələrin dramatik keçdiyini söyləyib: “Sentyabrın 15-də plenar iclas zamanı ötən gün siyasi məsələlər üzrə komitənin iclasında qəbul olunmuş yekun sənədə düzəliş təklifləri müzakirə olundu və səsə qoyuldu. Düzəliş təkliflərində bizim üçün mühüm əhəmiyyət kəsb edən məqamlar var idi. Biz ilkin qəbul olunmuş sənəddə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı kimi prinsiplərin yer almasına nail olduq. Ermənipərəst deputatlar isə həmin müddəanın tamamilə silinməsini təklif edirdilər. Biz bu təkliflə razılaşmadıq və mətnin əvvəlki redaksiyada qalmasını tələb etdik. Səsə qoyulduqdan sonra biz bu müddəanın ötən gün qəbul olunmuş variantının saxlanılmasına nail olduq.
Digər məsələ isə ondan ibarətdir ki, Ermənistan nümayəndə heyəti başqa bir maddədə yuxarıda sadalanan prinsiplərin “ümumi beynəlxalq prinsiplər” ifadəsi ilə əvəz edilməsini təklif edirdi. Onların bu təklifi də plenar sessiya tərəfindən rədd edildi və əvvəlki, Azərbaycanın mövqeyini əks etdirən müddəalar qüvvədə qaldı”.
Elxan Süleymanovun sözlərinə görə, məhz bu mərhələdən sonra Ermənistan nümayəndə heyəti daha da aqressivləşib və bu qərarlara qəti etiraz olaraq “AVRONEST-i boykot etməklə, veto hüququndan istifadə ilə hədələyib: “Avronest Parlament Assambleyasının həmsədri olan ukraynalı deputat Boris Tarasyuk bu vəziyyətdə kompromis bir müddəanın yekun sənədə salınması təklifi ilə bizə müraciət etdi. Azərbaycanın apardığı siyasətə uyğun olaraq ölkəmizin maraqları çərçivəsində hər cür kompromisə gedə biləcəyimizi bildirdik. Əlavə etdik ki, kompromis olaraq, Ermənistan nümayəndə heyətinin xahiş etdiyi bir məsələni - münaqişələrin həllində hərbi gücdən istifadə edilməməsi təklifini qəbul edə bilərik. Lakin Ermənistan nümayəndə heyətinin sədri qətiyyətlə "xalqların öz müqəddəratını təyin etmək hüququ” prinsipinin sənəddə yer almasını tələb etdi.
Biz bu təklifin qəbuledilməz olduğunu dedik. Mövqeyimizi qəti şəkildə bildirməyimiz, hər iki nümayəndə heyətinin, AVRONEST rəhbərliyinin və AVRONEST -in ermənipərəst üzvlərinin sessiyanın keçirildiyi zalın qabağına toplaşmasına səbəb oldu. Biz isə mövqeyimizdən geri çəkilməmək qərarı vermişdik. AVRONEST rəhbərliyinin də təkidləri və kompromis axtarma cəhdləri ilə sənədə ermənilər tərəfindən yeni bir müddəa təklif olundu - "xalqların öz iradələrini sərbəst və demokratik yolla ifadə etmək hüququ". Biz belə bir müddəa ilə razılaşmadıqda AVRONEST PA-nın vitse-prezidenti, ermənipərəst mövqeyi ilə fərqlənən Saryus Volski bu müddəanı qəbul etməyəcəyimiz təqdirdə AVRONEST PA-nin plenar iclasının Bakıda keçirilməyəcəyini bildirdi”.
Elxan Süleymanovun sözlərinə görə, bu mərhələdə olduqca gərgin keçən debatlarda Azərbaycan nümayəndə heyətinin üzvləri, xüsusilə Fuad Muradov, Əli Hüseynli və Asim Mollazadə olduqca fəal iştirak etdilər: “Onlar verilən hər bir təklifi diqqətlə təhlil edərək öz mövqelərini bildirirdilər və Azərbaycanın mövqelərini fədakarlıqla müdafiə edirdilər. Onlar Şərq Tərəfdaşlığı ölkələri nümayəndələrinə yuxarıdan aşağı baxan polşalı deputat Saryus Volskini yerinə oturtmağı bacardılar. Nəticədə biz son təklifi də qəbul etməyi öz üzərimizə götürdük, lakin bu təklifi yalnız və yalnız konfliktlərlə bağlı olmayan, vətəndaş cəmiyyəti quruculuğu, söz azadlığı ilə əlaqədar bir maddəyə əlavə edilməsi şərti ilə qəbul edə biləcəyimizi bildirdik. Ermənistan nümayəndə heyəti isə bunu yenə də qəbul etmədi. Və plenar iclasın sədri Kristian Vigenin bu məsələdə kompromis əldə etmək üçün məsələnin yenidən Büroda müzakirə edilməsi təklifini irəli sürdü. Büro iclasında nümayəndə heyətini mən təmsil edirdim. Ermənistan nümayəndəsi iclas zamanı “xalqların öz iradəsini sərbəst və demokratik üsulla ifadə etmək hüququ” ifadəsinin yenidən münaqişələrlə bağlı bəndə salınması təkidlə tələb etdi. Buna qəti etirazımı bildirdim. Əlbəttə, Ermənistan nümayəndə heyətinin xalqların öz iradəsini sərbəst və demokratik üsulla ifadə etmək hüququ prinsipi üzərində təkidlə durmasının səbəbi aydın idi: Onlar 1991-ci ildə Dağlıq Qarabağ erməniləri tərəfindən keçirilmiş qondarma referenduma istinad edərək gələcəkdə bu müddəadan istifadə etmək, eyni zamanda Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyü barədə 2010-cu ilin may ayında qəbul etdiyi qətnamənin müddəalarının zəifləməsinə nail olmaq niyyətində idilər.
Sayrus Volski bu müddəa qəbul edilməyəcəyi təqdirdə plenar iclasın Bakıda keçirilməyəcəyini bir daha söylədi. Müvafiq şəkildə cavablandırıldıqdan sonra Volski Bürodan 14 sentyabrda qəbul edilmiş Avronest PA-nın növbəti sessiyasının Bakıda keçirilməsi ilə bağlı qərarının ləğv edilməsini tələb etdi. Lakin Büro onun təklifini rədd etdi. Belə olan halda o Bakının Ermənistan nümayəndələrini dəvət etməkdə maraqlı olduğuna şübhə etdiyini vurğuladı. Bu da inandırıcı olmadığından Volski Bakının Ermənistan nümayəndə heyəti üçün təhlükəli yer olduğunu qeyd etdi. Mən onu qərəzli mövqedən çəkilməyə çağırdım, saysız-hesabsız mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edən Bakıda on minlərlə erməni mənşəli adamın əmin-amanlıq şəraitində yaşadığını xatırlatdım”.
Millət vəkili bildirib ki, müzakirələr nəticəsində təklif olunan kompromis sənəd qəbul edilməyib və Ermənistan nümayəndə heyəti veto hüququndan istifadə edərək sənədin qəbul olunmamasına səbəb olub: Biz növbəti plenar iclasın Bakıda keçirilməsinə nail olmaqla yanaşı Azərbaycanın mövqeyinə zidd olan bir sənədin qəbul edilməməsinə də nail olduq. AVRONEST Parlament Assambleyası Siyasi Məsələlər, İnsan Hüquqları və Demokratiya Komitəsinin məruzəsi Büronun növbəti iclasında müzakirə ediləcək.
14-15 sentyabr 2011-ci il AVRONEST-in Strasburq plenar sessiyası ümumi olaraq Azərbaycanın xeyrinə nəticələndi. AVRONEST Parlament Assambleyasının ilk sessiyası əslində böyük siyasi uğur, ölkəmizin Avropaya inteqrasiyası istiqamətində irəliyə doğru əhəmiyyətli addım kimi dəyərləndirilməlidir. Bu mötəbər qurumun növbəti sessiyasının Bakıda, Avropa İttifaqının üzvü olmayan, Şərq Tərəfdaşlığı ölkəsinin paytaxtında keçiriləcəyi haqqında qərar isə çox ciddi nailiyyətdir”.

440