Tamerlan Qarayev İndoneziyaya səfir təyin olundu
15 sentyabr 2011 19:55 (UTC +04:00)

Tamerlan Qarayev İndoneziyaya səfir təyin olundu

Azərbaycan Prezidenti İlham Əliyev Tamerlan Elmar oğlu Qarayevin Azərbaycan Respublikasının İndoneziya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, prezidentin sərəncamı ilə T.E.Qarayev Azərbaycan Respublikasının Hindistan Respublikasında, Şri Lanka Demokratik Sosialist Respublikasında, Nepal Federal Demokratik Respublikasında, Maldiv Respublikasında və Banqladeş Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılıb.

Prezident İlham Əliyev həmçinin İbrahim Əsəd oğlu Hacıyevin Azərbaycan Respublikasının Hindistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb. Ölkə başçısının digər sərəncamı ilə İ.Ə.Hacıyev Azərbaycan Respublikasının İndoneziya Respublikasında, Timor-Leste Demokratik Respublikasında, Filippin Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1135

Oxşar yazılar