İsrail rəsmisinin bəyanatı Ermənistana, yoxsa İrana sərf edir?
Bu yaxınlarda İsrail rəsmisi Türkiyə hökumətindən acıq çıxmaq üçün erməniləri dəstəkləyəcəklərini bəyan etdi. Yəhudi dövlətinin bu çıxışı Tehran hakimiyyətinin davranışana çox oxşayır. Ona görə də İran hakimiyyəti ilə İsrailin işğalçı Ermənistana yanaşması az qala biri-birin tamamlayır. Halbuki hər iki dövlətdəki hakimiyyətlərin biri-birinə münasibəti hər kəsə bəllidir. Belə bir şərait gerçəkləşməsi mümkün görünməyən bir ehtimalın da irəli sürülməsinə səbəb olur: bəlkə İran Ermənistana münasibətdə İsraillə anlaşıb? Hər halda buna inanmaq istəməzdik...
«İRNA» agentliyinin məlumatına görə, Yerevanın Tehrandakı səfiri Qrikor Arakelyan İslam Respublikasının Mərkəzi əyalətində sahibkarla görüşündə deyib ki, ötən ilin uyğun dövrü ilə müqayisədə İranla Ermənistan arasında ticarət dövriyyəsi 40 faiz artıb. Əyalət rəsmisi Əli Məhəmməd Gülüstanifərd erməni səfirinin gəlişini iki ölkə arasında ticarət əlaqələrinin möhkəmlənməsi kimi dəyərləndirib. İslam Respublikasının məmuru onu da bildirib ki, bu ilin oktyabrında Ermənistanda yerli sənaye şirkətlərinin məhsullarının sərgisi açılacaq.
Urmiya gölünün qurumasına Tehran hakimiyyətinin laqeydliyinə etiraz aksiyası keçirilən günlərdə isə Şərqi Azərbaycan əyalətinin icra başçısı Əhmədi Əlirza Beygi də Ermənistanın səfiri Qrikor Arakelyana qəbul edərək, iki ölkə arasındakı «dostluq, qardaşlıq, tarixi bağlılıqdan» danışıb. O, elə həmin gün səfirlə birlikdə Ermənistanın kənd təsərrüfatı naziri Serqo Krapetyanla da görüşüb. Ə.Beygi qonaqlarına deyib ki, Şərqi Azərbaycan əyaləti Ermənistanın kənd təsərrüfatı ilə bağlı problemlərini həll etmək gücündədir: «Ayrıca olaraq onu da qeyd edim ki, Ermənistandan İrana diri heyvan idxalı da çox önəmlidir. Ermənistan İranın sərbəst ticarət dünyası ilə əlaqələrinin bir hissəsidir».
Hələ ötən ilin sonunda iki ölkə arasında Dostluq Cəmiyyətinin katibi Mirqasım Mömini İranın İSNA agentliyinə müsahibəsində demişdi ki, iş adamları səviyyəsində əməkdaşlıqları genişlənməkdədir. M.Möminin sözlərinə əsasən, İran və Ermənistan rəhbərləri arasında aparılan danışıqlar nəticəsində əldə olunmuş razılaşma əsasında sahibkarlar kənd təsərrüfatı, heyvandarlıq və sənaye sahəsində sərmayə qoyacaq, birgə layihələr həyata keçirəcəklər. O, Ermənistanda İranın iş adamlarına min hektar əkinçilik üçün yararlı torpaq sahəsi verildiyini söyləyərək bildirmişdi: «Orada mədəni bitkilərin yetişdirilməsi ilə yanaşı, heyvandarlıqda inkişaf etdirilir». Katib bu sahənin 4 min ha-ya qədər artırılacağını da vurğulamışdı.
Ötən ilin payızında Ermənistanın kənd təsərrüfatı naziri Gerasim Alaverdiyan jurnalistlərə açıqlamasında demişdi ki, 2010-cu ildə onlar İran İslam Respublikasına 55-57 min baş xırda buynuzlu ixrac ediblər.
İranın traktor fabriki sənaye qrupunun başçısı Əbülfətih İbarhiminin sözlərinə görə, İslam Respublikası Ermənistana istehsal etdikləri traktorları ixrac edəcək. O, ilkin mərhələdə 300 ədəd traktor göndərəcəklərini söyləyib.
İranla Ermənistan arasında energetika sahəsində də əməkdaşlıq davam etməkdədir. Atom–nüvə proqramına görə, İrana sanksiya tətbiq etmiş dövlətlərdən biri də İsraildir. Bu baxımdan ermənilərlə işbirliyi qurmaq niyyətində olan yəhudi rəsmisi İrana da yardım edəcək. Halbuki, İsrailin baş naziri Benyamin Netanyahu sentyabrın 11-də baş vermiş məlum terror olayının 10 illiyinə həsr edilmiş toplantıda İran hakimiyyətinin nüvə proqramını dayandırmağa çağırıb. O, Tehranı nüvə silahı hazırlamaqda suçlayaraq, onların bu işini əngəlləmək üçün beynəlxalq ictimaiyyəti İslam Respublikasına qarşı təzyiqləri artırmağa çağırıb:«Dünyada ən təhlükəli bir rejimin əlinə təhlükəli silahın keçməsi ehtimalı çoxdur».
Yeri gəlmişkən, bu ili n iyununda İsrail hakimiyyəti də İrana qarşı əlavə sanksiyaların tətbiqi barəsində qərar qəbul edib. Yəhudi dövlətinin yasağına əsasən, onlar İranla ticarət əlaqəsində olan şirkətlər üzərində nəzarəti artıracaq, çirkli pulların yuyulmasında onların iştirakını yoxlayacaq.
«Hakimiyyət İranla ticarət əlaqəsi saxlayan şirkətlərlə əməkdaşlığı kəsəcək. Sanksiyaların təsdiqi üçün İran İsrailə, formal da olsa, düşmən dövləti elan olunacaq» deyən İsraili baş nazirinin müşaviri Aleks Selskinin sözlərinə görə, hökumət sanksiyaların icrasına nəzarət məqsədi ilə özəl qərargah yaradacaq. Müşavir əlavə edərək deyib: «Bu, İranın atom-nüvə proqramına qarşı mübarizədə qəbul edilmiş vacib addımdır. Biz bununla Tehran hakimiyyətinə qarşı iqtisadi sanksiyaları qəbul edən dövlətlər sırasında öncüllərdən olmaq niyyətindəyik».
Beləliklə, İsrail rəsmisinin bu bəyanatından doğacağı ehtimal olunan fəaliyyət Ermənistandan çox İran hakimiyyətinin xeyrinə işləyəcəyi istisna deyil.
Sədrəddin Soltan

425