Almaniya Qızıl Aypara Cəmiyyətinin sədri azərbaycanlı şagirdlərlə görüşəcək
15 sentyabr 2011 18:08 (UTC +04:00)

Almaniya Qızıl Aypara Cəmiyyətinin sədri azərbaycanlı şagirdlərlə görüşəcək

Jana Linzenburqa Qarabağa aid kitab təqdim edilib


Saxhsen-Anhalt vilayəti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Yaşar Millnitts Niftəliyev Almaniya Qızıl Aypara Cəmiyyətinin Yerixover land regional təşkilatının sədri Jana Linzenburqla görüşüb.


Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə Maqdeburq şəhərində və şəhərin ətrafında yaşayan azərbaycanlıların orta məktəbi kafi qiymətlərlə bitirən şagirdlərə ali məktəbə hazırlıq kursları keçirilməsi məsələsi müzakirə olunub.

Jana Linzenburq belə bir köməyin göstərilməsinin mümkün olduğunu söyləyib və sentyabrın 19-da onun azərbaycanlı şagirdlərlə birinci görüşü təyin edilib. Azərbaycanlıların Saxhsen-Anhalt ali məktəblərdə təhsil alaraq peşəyə sahib olmaq istəklərinin yüksək dəyərləndirən Jana Linzenburq bunun üçün köməklik göstərəcəyini bildirib.

Yaşar Millnitts Niftəliyev Azərbaycana dair ətraflı məlumat verib və Jana Linzenburqa 2009-cu ildə Dr.Koster tərəfindən çap olunmuş Dağlıq Qarabağa aid kitab təqdim edib. Jana Linzenburq razı qaldığını dilə gətirib və təşkilatlarının Saxhsen-Anhalt vilayəti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti ilə əməkdaşlığını yüksək qiymətləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 639

Oxşar yazılar