Türkiyə səfirliyi Bakıda türk müdavimlərə təzyiq göstərilməsi barədə xəbəri təkzib edir - MƏTN
15 sentyabr 2011 12:16 (UTC +04:00)

Türkiyə səfirliyi Bakıda türk müdavimlərə təzyiq göstərilməsi barədə xəbəri təkzib edir - MƏTN

Həmin açıqlamanın mətni faksla Azərbaycan Müdafiə Nazirliyinə də göndərilib. Bu barədə Lent.az-a nazirliyin mətbuat xidmətindən bildirilib. Açıqlamada bildirilir ki, Azərbaycanda nəşr olunan müxalifət qəzeti «Yeni Müsavat»ın ötən həftə dərc etdiyi «Hərbi məktəbdə türk müdavimlərə təzyiq olunur» başlıqlı xəbər əsassız və həqiqətdən uzaqdır. Səfirliyin mətbuat müşavirliyi müvafiq açıqlamasında Azərbaycan və Türkiyə mətbuatında dərc olunan xəbərlərin iki ölkə arasında mövcud olan dostluğu, əməkdaşlığı və qardaşlığı pozmaq istiqamətində «gerçək olmayan» yazılar olduğunu ifadə edərək, «Biz yayımlanan xəbərləri ciddi qarşılamırıq və əhəmiyyət vermirik» şəklində açıqlama ilə çıxış edib. Açıqlamanın davamında Türkiyənin Bakıdakı səfirliyinin Azərbaycanın müdafiə naziri Səfər Əbiyev və Azərbaycanın dövlət qurumları ilə çox intensiv və gözəl əlaqələrin mövcud olduğu qeyd edilərək, Azərbaycan və Türkiyə mətbuatında dərc olunan xəbərlərin iki ölkə arasındakı əlaqələrə ziyan vurmaq istəyən qüvvələrin bir cəhdi olduğu vurğulanıb. Bu xəbərin anonim dərc edildiyini də xatırladılan açıqlamada xəbərlərin məqsədinin Türkiyə-Azərbaycan əlaqələrinə kölgə salmaq və Türkiyənin dostu müdafiə naziri Səfər Əbiyevin nüfuzuna xələl gətirmək və ona təzyiq göstərmək olduğu ifadə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 517

Oxşar yazılar