AP: Moskva Xəzərin statusu kartından sui-istifadə edə bilər
APA-nın məlumatına görə, bu barədə nüfuzlu “The Assosiated Press” (AP) agentliyinin təhlil yazısında deyilir. Transxəzər borusu ilə bağlı son təşəbbüslərə toxunan müəllif indi Kremlin Xəzərin çözülməmiş statusundan sui-istifadə edə biləcəyini yazır. Agentliyə görə, Moskva yeni çəkiləcək təbii qaz marşrutunun ondan yan keçməsindən ciddi qayğılanır: “Bazar ertəsi təsdiq edilmiş mandata görə, Avropa İttifaqı Transxəzər borusunun inşası üçün bütün İttifaqı əhatə edəcək geniş dəstək verəcək. Bu xətlə nəql ediləcək qaz marşrutu sonradan Avropa İttifaqının dəstəklədiyi “Nabucco” kəmərinə calanacaq və beləliklə Rusiyadan yan keçəcək”.
Agentlik bildirir ki, layihələşdirilən “Nabucco” xətti Xəzər regionundan cənubi Avropanı qət etməklə Avstriyaya təbii qaz nəql edəcək: “Xəzər bölgəsində layihələşdirilən enerji marşrutlarının baş tutub-tutmaması qazla zəngin Bakı və Aşqabadın ümumi dil tapıb-tapmamasından asılı olacaq. Azərbaycanla Türkmənistanın münasibətləri ənənəvi olaraq, hamar olmayıb və uzun illər onlar Xəzərdəki mübahisəli ərazilər üstündə çəkişib. Son illər bu ölkələrin münasibətləri yaxşılaşıb və indi Avropa İttifaqı ümid edir ki, onun iştirakı bu tendensiyanı qoruyub saxlayacaq”.

413