MTN-in Akademiyasına yeni qəbul olmuş kursantlar Vətənə sədaqət andı içiblər
Milli Təhlükəsizlik Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Akademiyanın şəxsi heyətinin, kursantların valideynlərinin iştirakı ilə keçirilən təntənəli mərasimdə əvvəlcə hərbi marşın sədaları altında sıra meydanına Akademiyanın Döyüş Bayrağı gətirilib, sonra dövlət himni səsləndirilmişdir.
Gənc kursantları, onların valideynlərini bu əlamətdar gün münasibətilə təbrik edən Akademiya rəisinin müavini, general-mayor İsgəndər Allahverdiyev hərbi andın hər bir kursant üçün Azərbaycan Respublikasına sədaqətlə xidmət etmək, gələcəkdə ölkəmizin milli təhlükəsizliyinin qorunması işində öz bilik və bacarığını əsirgəməmək, Vətən torpağının hər qarışını göz bəbəyi kimi qorumaq olduğunu söyləyib. Onun sözlərinə görə, Vətənə sədaqət andı içən gənc kursantlar gələcəkdə əsl zabit kimi bu peşənin çətinliklərinə baxmayaraq, xalqımızın maraqlarının etibarlı təmin olunmasında qarşıya qoyulmuş bütün vəzifələri şərəflə yerinə yetirəcəklər. Buna nail olmaq isə yalnız təhsildə və xidmətdə yüksək nəticələr qazanmaqdan, nizam-intizamdan və hərbi anda həmişə sadiq qalmaqdan keçir.
İsgəndər Allahverdiyev Azərbaycanda ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərdən danışıb, Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının təşkili və formalaşmasında Heydər Əliyevin misilsiz xidmətlərini qeyd edib, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən milli təhlükəsizlik orqanlarına göstərilən diqqət və qayğını xüsusi vurğulayıb. O deyib ki, Akademiyada kursantların istifadəsinə verilmiş tədris, yataqxana korpusları, yeməkxanalar, İdman Sağlamlıq Kompleksi, klublar və istirahət guşələri ən yüksək standartlara cavab verir.
Çıxış edən gənc kursantlar bu xüsusi təyinatlı ali təhsil müəssisəsinə daxil olduqları üçün qürur duyduqlarını bildirib, təlim-tədris və hərbi-fiziki hazırlıq üzrə ən yüksək göstəricilərə nail olacaqlarına söz veriblər. Kursant valideynləri də çıxışlarında Akademiyada yaradılmış hərtərəfli şəraitə görə Ali Baş Komandan İlham Əliyevə və Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını dilə gətiriblər. Tədbirin sonunda təhsil müəssisəsinin akt zalında Akademiyanın rəhbərliyi valideynlərlə görüş keçirərək kursantlar üçün yaradılmış tədris, xidmət və məişət şəraitindən danışıb, onları maraqlandıran sualları cavablandırıblar.

Oxşar yazılar

Əfv Komissiyasının daha bir iclası keçirildi
12 mart 2025 , 17:02
Arkadi Qukasyan məhkəmədə etiraf edib ki, Qarabağda erməni dili ilə bağlı heç bir problem olmayıb
10 mart 2025 , 21:07
Bako Sahakyan: Qarabağda silahlanma haqqında ilk çağırış qanunsuz mitinqlərdə olub
10 mart 2025 , 21:00
Trampın keçmiş müşaviri Putinin ABŞ prezidentindən necə istifadə etdiyini AÇIQLADI
10 mart 2025 , 19:05
Ermənistanın hərbi təcavüzü nəticəsində dörd min nəfərə yaxın vətəndaşımız itkin düşüb
10 mart 2025 , 12:53
Göyərçinlərdən istifadə edən Avropanın son ordusu - Maraqlı fakt
8 mart 2025 , 17:20
Etibar Süleymanov ölkədən necə qaçıb? - DTX bütün planları İFŞA ETDİ
7 mart 2025 , 17:11