“İslahat” müxalifət deputat qrupu Elçibəyə “İstiqlal” ordeni istədi
Lent.az-ın verdiyi məlumata görə, “İslahat” müxalifət deputat qrupu bu böyük tarixi günlə əlaqədar 17 mart 1991-ci il tarixdə SSRİ-nin saxlanması məqsədilə referendum keçirilməsinin əleyhinə səs vermiş Azərbaycan SSR Ali Sovetinin 43 deputatını (sonradan vətənə xəyanətə görə məhkum olunmuşlar istisna olmaqla), o cümlədən Milli Azadlıq Hərəkatının lideri, sabiq prezident Əbülfəz Elçibəyi ölümündən sonra “İstiqlal” ordeni ilə təltif etməyə, bu şəxslərin və 1991-95-ci illərdə fəaliyyət göstərmiş Milli Məclisinin üzvlərinin (dünyasını dəyişmiş şəxslərin isə ailə üzvlərinin) sosial müdafiəsinin gücləndirilməsi barədə müvafiq qərar qəbul etməyə çağırıb.
“İslahat” müxalifət deputat qrupu bu şəxslərdən biri olmuş və hazırda həbsdə olan Müsavat Partiyasının icra katibi Arif Hacılının da azad olunmasını xahiş edib. “İslahat” deputat qrupu hesab edir ki, həmin şəxslərin bəziləri müstəqil Azərbaycan dövlətində vəzifə tutaraq dövlət hakimiyyəti orqanlarını gözdən salıb, xalqımızın qanunun aliliyinə söykənən vətəndaş cəmiyyəti quruculuğuna olan inamını, o cümlədən Dağlıq Qarabağı işğaldan azad edəcəyimizə dair ümidlərimizi müəyyən dövr üçün puç ediblər: “Hazırda onların içərisindən siyasətlə məşğul olan müəyyən şəxslərin mövqelərini bölüşməsək də, hətta bəzi məqamlarda məqbul saymasaq da, Milli Azadlıq Hərəkatının öncüllərindən yalnız həmin şəxslərə parlament üzvlüyü nəsib olub və həmin dönəmdə heç nədən çəkinməyərək SSRİ-nin əleyhinə səs verib, Azərbaycan istiqlalına gedən yolda tarixi rol oynayıblar”.
“İslahat” deputat qrupu hesab edir ki, belə bir qərarın qəbul olunması, habelə hüquq müdafiəçisi Vidadi İsgəndərlinin, Cabbar Savalanın, o cümlədən 2 aprel 2011-ci ildə mitinq keçirməyə cəhd etdikləri üçün həbs olunmuş digər şəxslərin azad edilməsi yaxın tariximizə hörmətimizi nümayiş etdirən ədalətli qərar olmaqla yanaşı, milli birliyimizə və ölkədə köklü islahatların keçirilməsinə də əlverişli zəmin yarada bilər.

875