Xarici İşlər Nazirliyi Almaniyanın GİZ təşkilatı ilə Memorandum imzalayıb
13 sentyabr 2011 16:50 (UTC +04:00)

Xarici İşlər Nazirliyi Almaniyanın GİZ təşkilatı ilə Memorandum imzalayıb

Azərbaycanın Beynəlxalq İnkişafa Yardım İdarəsinin imkanlarının artırılmasına texniki yardım göstəriləcək

Bu gün Xarici İşlər Nazirliyində “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Almaniyanın GİZ təşkilatı arasında Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım İdarəsinin (Agentlik) imkanlarının artırılmasına texniki yardımın göstərilməsi haqda Anlaşma Memorandumu” imzalanıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sənədi xarici işlər nazirinin müavini Xələf Xələfov və Almaniyanın GİZ təşkilatının Azərbaycan üzrə direktoru Henninq Tvesten imzalayıb.

Anlaşma Memorandumuna əsasən Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf üzrə Federal Nazirliyi və GİZ təşkilatı Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım İdarəsinə (Agentlik) xarici ölkələrə göstəriləcək humanitar və texniki yardımların səmərəliliyinin artırılması sahəsində texniki yardım göstərəcək və bu sahədə öz təcrübəsini bölüşəcək. Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım İdarəsi (Agentlik) Azərbaycan dövləti tərəfindən xarici ölkələrə göstərilən humanitar və texniki yardımların həyata keçirilməsi və əlaqələndirilməsi ilə məşğuldur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 740

Oxşar yazılar