Qənirə Paşayeva Eyn-Şəms Universitetinin azərbaycanşünas alimi ilə görüşüb
Əhməd Samiyə Azərbaycan həqiqətləri ilə bağlı bir neçə kitabı ərəb dilinə tərcümə edəcək
Sentyabrın 12-də millət vəkili Qənirə Paşayeva Misirin ən aparıcı təhsil ocaqlarından biri olan Eyn-Şəms Universitetinin müəllimi, azərbaycanşünas alim Əhməd Sami ilə görüşüb.
Lent.az-ın verdiyi məlumata görə, Əhməd Sami millət vəkilinə çalışdığı Eyn-Şəms Universitetində Azərbaycan dilinin tədrisi ilə bağlı fəaliyyəti haqqında ətraflı məlumat verib.
Azərbaycan dili universitetin türk dili və ədəbiyyatı kafedrasının nəzdində ikinci dil olaraq tədris olunur. Əhməd Sami bildirib ki, ötən tədris ilində 50-dən artıq misirli tələbəyə Azərbaycan dilini tədris edib. Bu rəqəmin qarşımızda gələn yeni tədris ilində 100-ə çatacağını vurğulayan alim qeyd edib ki, tədris prosesində universitetin tələbələrinə Azərbaycanın ədəbiyyatı, tarixi, zəngin mədəniyyəti, adət-ənənələri, xüsusilə ölkəmizin ən ağrılı problemi olan Dağlıq Qarabağ problemi haqqında dolğun məlumatlar verilir. O, doktorantura pilləsində təhsil alan misirli tələbəyə Azərbaycan ədəbiyyatı ilə bağlı dissertasiya mövzusu verildiyini də nəzərə çatdırıb.
Ötən il Misirə səfəri çərçivəsində Eyn-Şəms Universiteti rəhbərliyi ilə görüşlər keçirdiyini və toplantılarda iştirak etdiyini deyən Qənirə Paşayeva universitetdə Azərbaycan dilinin tədris olunmasının, tələbələrə Azərbaycanın ədəbiyyatı, tarixi, zəngin mədəniyyəti, Dağlıq Qarabağ problemi haqqında məlumatların verilməsini yüksək qiymətləndirib. Millət vəkili tələbələrə Azərbaycan dilini yüksək səviyyədə tədris etdiyinə görə Əhməd Samiyə təşəkkürünü çatdırıb. Qənirə Paşayeva Əhməd Samiyə Azərbaycan-Misir Dostluq Qrupunun üzvü kimi bundan sonra da əllərindən gələn dəstəyi əsirgəməyəcəyini söyləyib. O, Əhməd Samiyə Azərbaycan həqiqətləri ilə bağlı bir neçə kitabın ərəb dilinə tərcümə olunması və Misirdə yayılması təklifini çatdırıb. Qənirə Paşayeva bunun reallaşması üçün lazım olan dəstəyi göstərəcəklərini vurğulayıb. Bunu çox vacib sayan Əhməd Sami bu təklifi qəbul edib və bu istiqamətdə fəaliyyətini genişləndirəcəyini bildirib.
Əhməd Sami onu da nəzərə çatdırıb ki, Misirdə yeni təsis olunmuş Qahirə Türk Araşdırmaları Mərkəzində Azərbaycan bölməsinin açılmasına nail olub və hazırda həmin bölməyə rəhbərlik edir. Bu bölmənin əsas hədəfi ölkəmizlə bağlı konfranslar, tədbirlər keçirmək və Azərbaycanı ərəb dünyasına, o cümlədən Misir ictimaiyyətinə tanıtmaqdır. Əhməd Sami çağdaş Azərbaycan nəsri ilə bağlı antologiya hazırladığını, bu ilin sonlarında həmin kitabın Qahirədə nəşr olunacağını da qeyd edib.

1024