Qənirə Paşayeva “Türk Dünyası Kültür Evləri Məhəlləsi”ni ziyarət edib
13 sentyabr 2011 11:41 (UTC +04:00)

Qənirə Paşayeva “Türk Dünyası Kültür Evləri Məhəlləsi”ni ziyarət edib

Lent.az-ın məlumatına görə, Kültür evlərinin rəhbərliyi Azərbaycan Parlament üzvünü Məhəllə ilə, o cümlədən “Azərbaycan evi” ilə yaxından tanış edib, ona İstanbul Böyükşəhər Bələdiyyəsinin bu böyük layihəsi, həyata keçirilən fəaliyyətlər və planlar barədə bilgi veriblər. Onlar buradakı “Azərbaycan evi”nin daha zəngin olmasını arzuladıqlarını bildiriblər.

Qənirə Paşayeva isə burada gördüklərindən heyran qaldığını deyib: “Türk dünyası ilə bağlı bu təqdirəlayiq çalışmalar, burada gördüklərim və nəzərdə tutulan işlər barədə bilgilər məni heyran etdi. İlk növbədə, bu layihəni gerçəkləşdirmiş İstanbul Böyükşəhər Bələdiyyəsinə, onun başqanına, digər əlaqədar şəxslərə bir millət vəkili olaraq öz təşəkkürlərimi çatdırıram”.

Millət vəkili həmçinin Kültür Məhəlləsindəki “Azərbaycan evi”nin daha da zənginləşməsi üçün çalışacağını, əlaqədar orqanlardan bu barədə xahiş edəcəyini vurğulayıb.

Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva İstanbul Noğay Türkləri Eyitim, Kültür və Yardımlaşma Dərnəyinin başqanı Mesut Pekcanla da görüşüb. Cənab Pekcan millət vəkilinə təmsil etdiyi dərnəyin tarixi, həyata keçirdiyi layihələr və gələcək planları barədə məlumat verib. O, Azərbaycandakı uyğun profilli QHT-lərlə əməkdaşlıqda maraqlı olduqlarını ifadə edib. Xanım Paşayeva İstanbuldakı noğay türklərinin belə bir Dərnək qurmasını, onun fəaliyyətini təqdir etdiyini və dərnəyin işləri ilə tanışlıqdan məmnun olduğunu söyləyib. Həmçinin dərnəyin Azərbaycandakı uyğun profilli QHT-lərlə əməkdaşlıq istəklərini alqışladığını və əlindən gələn dəstəyi verəcəyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 720

Oxşar yazılar