BAXCP Güney Azərbaycandakı vəziyyətlə bağlı bəyanat verib
BAXCP mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub.
İdarə Heyətinin müzakirəsinə çıxarılan ilk məsələ Urmiya gölünün qurudulmasına qarşı Güney Azərbaycanda başlayan etiraz aksiyaları ilə bağlı olub. BAXCP İdarə Heyəti fars-molla rejiminin dinc nümayişçilərə qarşı amansız davranışlarını qətiyyətlə pisləyib: “BAXCP İdarə Heyəti İran adlanan dövlətin sərhədləri çərçivəsində yaşamaq məcburiyyətində qalan Güney Azərbaycan türklərinin haqlı mübarizəsini dəstəkləyir və dünya ictimaiyyətini İranın sayı 35 milyondan çox olan türk toplumunun öz hüquqları və Urmiya gölünün qurudulması nəticəsində ortaya çıxa biləcək ekoloji fəlakətin qarşısının alınması uğrunda mücadiləsinə diqqətlə yanaşmağa çağırır”.

655