Metyu Brayza: “ABŞ-a yardım təklif edən ölkələrdən biri Azərbaycan idi” - FOTO
12 sentyabr 2011 11:12 (UTC +04:00)

Metyu Brayza: “ABŞ-a yardım təklif edən ölkələrdən biri Azərbaycan idi” - FOTO

“11 sentyabr – tariximizin ən ağır anıdır. Bu faciədən çıxardığımız ən pozitivi nəticələrdən biri bütün dünyada dostlarımızın bizi dəstəkləməsi oldu. Bu hadisəyə ilk reaksiya verən dostlarımızdan biri Azərbaycan idi”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza verib.

“O zaman Heydər Əliyev yardım, dəstək və hava məkanından istifadə təklif etdi. Bu əməkdaşlıq illər keçdikcə genişləndi və bu gün də davam edir”.

ABŞ-ın Azərbaycandakı səfirliyi 11 sentyabr hadisələrinin 10-cu ildönümünü Ceyranbatanda Laçından olan məcburi köçkünlərin məskunlaşdığı düşərgədə qeyd edib. ABŞ vətəndaşları və səfirliyin əməkdaşları məcburi köçkün uşaqlara kitab və paltar hədiyyə ediblər.

ABŞ Hərbi Dəniz Donanmasının orkestri yerli sakinlər qarşısında çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 508

Oxşar yazılar