Ankarada “Azərbaycan Gecəsi”
Sentyabrın 10-da Ankara şəhərinin Etimesqut Rayon Bələdiyyəsinin və Azərbaycanın Türkiyədəki səfirliyinin təşəbbüsü ilə VIII Beynəlxalq Anadolu Günləri festivalı çərçivəsində “Azərbaycan Gecəsi” təşkil olunub.
Azərbaycanın Türkiyədəki səfirliyindən Lent.az-a verilən məlumata görə, tədbirdə diaspor nümayəndələri, azərbaycanlı tələbələr, səfirliyin əməkdaşları və çox sayda Ankara şəhərinin sakinləri iştirak ediblər.
Tədbirdə çıxış edən Türkiyədəki səfirimiz Faiq Bağırov bu cür tədbirlərin əhəmiyyətindən, xalqlarımızın dərin tarixi köklərə söykənən yaxınlığından və ölkəmizin belə tədbirlərə verdiyi əhəmiyyətdən söz açıb.
“Azərbaycan Gecəsi”ndə səfirliyin təşəbbüsü ilə ölkəmizdən Ankaraya gətirilmiş musiqi və rəqs qrupu Azərbaycan musiqiləri və rəqsləri ilə tədbir iştirakçılarına xoş anlar yaşadıb. Festivalın keçirildiyi yerdə səfirliyimiz “Azərbaycan Guşəsi” açıb. Ölkəmizin tarixi, mədəniyyəti və iqtisadi gücü ilə bağlı təbliğat xarakterli əyani materiallar “Azərbaycan Guşəsi”ndə nümayiş etdirilməklə yanaşı, çoxsaylı tədbir iştirakçılarına paylanılıb.

751