XİN: Uruqvay Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdığını bildirib
10 sentyabr 2011 12:58 (UTC +04:00)

XİN: Uruqvay Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdığını bildirib

Azərbaycan Xarici İşlər Nazirliyi erməni saytlarında guya Uruqvay xarici işlər naziri Luis Almaqranın Dağlıq Qarabağın Ermənistanın tarixi ərazisi olması, Dağlıq Qarabağın müstəqil olması, yaxud Ermənistana birləşdirilməsi ilə bağlı bəyanat verməsi barədə yazılanları araşdırıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Azərbaycanın Argentinadakı səfiri M.Əhmədzadə artıq Uruqvay Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb.

Uruqvay xarici işlər nazirinin müavini R.Karrepas M.Əhmədzadəyə bildirib ki, Uruqvay beynəlxalq hüququn prinsiplərinə və Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır, eyni zamanda ATƏT-in Minsk qrupunun vasitəçilik fəaliyyətini dəstəkləyir.

Xarici İşlər Nazirliyi vurğulayıb ki, Azərbaycanın Argentinadakı səfirliyi situasiyanın tam aydınlaşması üçün məsələni araşdırmaqda davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 580

Oxşar yazılar