Mətbuat Şurası MTN-ə müraciət etdi
Şuradan Lent.az-a verilən məlumata görə, müraciətdə bildirilir ki, üzərindən xeyli müddət keçməsinə baxmayaraq E.Hüseynovun qətlinin üstünün açılmaması ölkənin media ictimaiyyətində ciddi narahatlıq doğurur və kütləvi informasiya vasitələrinin təmsilçiləri müntəzəm olaraq keçirdikləri toplantılarda məsələyə diqqət yetirirlər.
8 sentyabr Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü ilə bağlı Mətbuat Şurasında baş tutan “dəyirmi masa”nın iştirakçıları da hadisəni törədənlərin tezliklə tapılaraq cəzalandırılmasının vacibliyini vurğulayıblar. “Jurnalist qətli hər bir ölkənin beynəlxalq imicinə mənfi təsir göstərən hadisədir. Ötən müddətdə cinayətinin üstünün açılması istiqamətində səylər var. Lakin jurnalistlər bu qənaətdədirlər ki, mövcud məsələdə cəzasızlığın davamı peşə fəaliyyətlərini yerinə yetirən qələm sahiblərində oxşar xoşagəlməz halın təkrarlanacağına dair qorxu yaradır” , - deyə əlavə edilib.

Oxşar yazılar

Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07