Hərbi prokurorumuz Macarıstanda ifadə azadlığından danışıb
09 sentyabr 2011 16:49 (UTC +04:00)

Hərbi prokurorumuz Macarıstanda ifadə azadlığından danışıb

Azərbaycanın Macarıstandakı səfirliyindən Lent.az-a verilən məlumata görə, Silahlı Qüvvələrdə və polis qüvvələrində ittiham və ifadə azadlığına həsr olunmuş bu ilki toplantıda dünyanın 50-ə yaxın ölkəsindən gəlmiş nümayəndələr iştirak ediblər.


Tədbir iştirakçıları ölkələrində baş vermiş hadisələr, habelə müzakirəyə çıxarılan məsələlərlə bağlı mövcud qanunvericiliyin daha da təkmilləşdirilməsi, eləcə də mənfi halların aradan qaldırılmasına yönəlmiş fəaliyyət haqqında fikir mübadiləsi aparıblar. Beynəlxalq konfransda Azərbaycanı Respublikası baş prokurorunun müavini, respublika hərbi prokuroru Xanlar Vəliyev təmsil edib. Xanlar Vəliyev konfransdakı çıxışında ifadə azadlığının təmin olunması ilə bağlı respublikamızda mövcud olan qanunvericilik bazası, habelə ölkəmizin bu sahədə qoşulduğu beynəlxalq müqavilələr və onların həyata keçirilməsi istiqamətində görülən işlər barəsində məlumat verib. Beynəlxalq konfrans sabah başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 557

Oxşar yazılar