Ədalət Partiyası AXCP və Açıq Cəmiyyət Partiyası ilə bir araya gəlmək niyyətində deyil
Son vaxtlar bəzi kütləvi informasiya vasitələrində Ədalət partiyasının AXCP və Rəsul Quliyevin rəhbərlik etdiyi təşkilatlarla bir araya gələ biləcəyi barədə məlumatlar yer alır. Bununla bağlı partiya daxilində ciddi fikir ayrılıqları mövcud olduğu və geniş müzakirələr aparıldığı da qeyd edilir.
Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli Lent.az-a açıqlamasında bildirib ki, dinamik və inkişaf edən partiyalarda həmişə ayrı-ayrı məsələlərlə bağlı fikir müxtəlifliyi olub, bu da tərəqqinin və demokratizmin ifadəsidir.
O deyib ki, mütəmadi olaraq baş verən mühüm iqtisadi, siyasi və s. hadisələri dəyərləndirir və bütün bunlarla bağlı partiyanın mövqeyinin formalaşmasına nail olurlar: “İndiki halda Ədalət partiyasının nə AXCP, nə də Rəsul Quliyevin rəhbərlik etdiyi Açıq Cəmiyyət Partiyası münasibətləri məsələsi müzakirə predmetinə çevrilməyib. Biz Ədalət Partiyasını gələcəyin partiyası kimi görürük. Bu mənada siyasi səhnədə iflasa uğramış və ya bu yolda olan şəxslər və qurumlarla hər hansı müttəfiqlikdən söhbət gedə bilməz”.
Mütəllim Rəhimli xatırladıb ki, Ədalət Partiyası parlament seçkiləri ərəfəsində Qüdrət Həsənquliyevin rəhbərlik eidiyi Bütöv Azərbaycan Xalq Cəbhəsi və Fazil Qəzənfəroğlunun sədri olduğu Böyük Quruluş partiyaları ilə eyni blokda olub, seçkilərə birgə qatılıb: “Müəyyən uğurlarımız da var. Biz bu əməkdaşlığı davam etdirmək niyyətindəyik. gələcəkdə bu əməkdaşlığın daha irəli gedən formasını tapmaq və vahid gücə çevrilmək mümkündür. Hazırda parlamentdə hər üç partiya və VHP əməkdaşlıq edir, mövqe uzlaşmasını nümayiş etdirməyə çalışır”.

Oxşar yazılar

Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07