Danimarkadakı Azərbaycan diasporu seçimini etdi
09 sentyabr 2011 15:21 (UTC +04:00)

Danimarkadakı Azərbaycan diasporu seçimini etdi

Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyətinin üzvləri sentyabrın 15-də ölkə parlamentinə keçiriləcək seçkilərdə potensial qalib kimi göstərilən Sosial Demokrat Partiyasının (SDP) nümayəndələri ilə görüşüblər. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə SDP-dən parlamentə namizədliyi irəli sürülmüş Christine Antorini, Hillerod şəhərinin burqomistri Kirsten Jensen və partiyanın digər fəalları iştirak ediblər.


“Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi SDP nümayəndələrinə Azərbaycanın bu günü, işğal olunmuş torpaqlar, ölkədə gedən iqtisadi inkişafdan və apardığı sülhpərvər siyasət barədə məlumat veriblər. Christine Antorini öz seçki platformasına dair görüş iştirakçılarına məlumat verdikdən sonra Hillerod şəhərinin burqomistri Kirsten Jensen Azərbaycan diasporunun nümayəndələri ilə tanışlıqdan çox məmnun olduğunu söyləyib. O, bu tip görüşləri mütəmadi surətdə keçirilməsinin vacibliyini vurğulayıb, azərbaycanlıların Danimarkanın siyasi və ictimai həyatında fəal rol oynamasının əhəmiyyətindən danışıb.


Görüşdə Səfər Sadiqi Danimarkada sentyabrın 15-də keçiriləcək seçkilərin “Vətən” Cəmiyyətinin üzvləri tərəfindən maraqla izlənəcəyini, onların Danimarkada hökumət dəyişikliyi baş verməsində maraqlı olduqlarını və buna görə də SDP-nin həmin seçkilərdə qalib gəlməsi üçün hər bir imkanda istifadə edəcəklərini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 609

Oxşar yazılar