Qənimət Zahidin ailəsi Fransaya mühacirət edib
09 sentyabr 2011 12:51 (UTC +04:00)

Qənimət Zahidin ailəsi Fransaya mühacirət edib

Lent.az-ın məlumatına görə, o, bu barədə “Azadlıq” qəzetində bu gün yayımlanmış məktubunda bildirib.

Q. Zahidin yazdığına görə, o, hələ bu il iyunun 2-də ailəsi ilə birlikdə Türkiyəyə gedib. Baş redaktor gedişini uzunmüddətli müalicəyə ehtiyacı olması ilə əlaqələndirib.

Q. Zahid qeyd edib ki, ailəsini də özü ilə aparmasına səbəb övladlarının məktəbdən evə dönərkən yolda naməlum şəxslər tərəfindən hədələnməsi olub. Baş redaktor bu hadisənin onun fəaliyyəti ilə bağlı olduğunu yazıb.

Q. Zahid daha sonra qeyd edib ki, bu gün ailəsi ilə birlikdə Fransaya yola düşür. O bildirib ki, ailəsinin Fransada yerləşməsi ilə bağlı texniki problemləri həll edəndən sonra özü ölkəyə dönəcək.

“Azadlıq” qəzetinin redaktor müavini Sücəddin Şərifov Lent.az-a açıqlamasında bildirib ki, bir aydan da qısa müddətdə Qənimət Zahid Azərbaycana dönəcək və qəzetə rəhbərliyi davam etdirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 669

Oxşar yazılar