Abdulla Gül Rusiya mətbuatına Qarabağdan danışıb
Türkiyə prezidenti Abdulla Gül Rusiya səfərindən əvvəl “Moskovskiy Komsomolets” qəzetinə müsahibə verib. Lent.az-ın “trtazerbaycan.com” saytına istinadən verdiyi məlumata görə, Türkiyə-Rusiya əlaqələri, Türkiyənin bölgədə baş verən proseslərə baxışı, “ərəb baharı” və digər məsələlərlə bağlı sualları cavablandıran Abdulla Gül müsahibədə Dağlıq Qarabağ probleminə də toxunub.
Abdulla Gül Cənubi Qafqaz regionunun Türkiyə və Rusiyanın qonşusu olması səbəbi ilə xüsusi əhəmiyyət daşıdığını söyləyib. Türkiyə prezidenti Yaxın Şərqdə olduğu kimi, bu bölgədə də sülh, sabitlik və rifah strategiyası yürütdüklərini bildirib. Dağlıq Qarabağ probleminin Cənubi Qafqazda rifah atmosferinin yaranmasının qarşısındakı ən böyük əngəl olduğunu vurğulayan Abdulla Gül deyib ki, Türkiyənin bu məsələ ilə bağlı mövqeyinin Rusiya Federasiyasının mövqeyi ilə üst-üstə düşdüyünə inanır: “Dağlıq Qarabağ probleminin həlli istiqamətində əldə edilməsi mümkün olan irəliləyiş bu baxımdan həlledici əhəmiyyət daşıyır”.
Abdulla Gül Türkiyənin Dağlıq Qarabağ probleminin həlli üçün hərtərəfli yardım göstərməyə hazır olduğunu dilə gətirib. O qeyd edib ki, bu istiqamətdə əldə edilə biləcək irəliləyiş Türkiyə-Ermənistan münasibətlərinə də müsbət təsir göstərə bilər: “Türkiyənin Ermənistanla əlaqələrin normallaşması məsələsinə baxışı bundan ibarətdir. Biz səmimi şəkildə normallaşma prosesinin başa çatmasını arzu edirik. Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması və Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasına ayrı-ayrı iki proses kimi baxılmamalıdır. Bu məsələlər regional yanaşma tələb edir”.

513