Azərbaycanlıların Koordinasiya Mərkəzi Berlin Senatının siyahısına qəbul edildi
Berlin Senatının 2010-cu ilin dekabrında qəbul etdiyi Əlaqə və İnteqrasiya Qanununa əsasən Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) diaspor təşkilatı kimi Berlin torpağının Məsləhətçi Şurasının ictimai siyahısına qəbul edilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bununla da AAKM Almaniyada mühacirətdə yaşayan əcnəbilərin təmsilçisi kimi Məsləhətçi Şuranın seçkilərində iştirak etmək hüququ qazanıb.
Qeyd edək ki, Məsləhətçi Şuranın yığıncaqları Berlin Senatına İnteqrasiya və Miqrasiya siyasətini təkmilləşdirmək üçün məsləhət, informasiya və təkliflərlə çıxış edir. Almaniyada mühacirətdə yaşayan əcnəbi vətəndaşlar seçki hüququna malik olmadıqlarına və şəhərin siyasi həyatına təsir göstərə bilmədiklərinə görə Məsləhətçi Şuraya üzv olmaqla siyasi proseslərin gedişində əhəmiyyətli rol qazanırlar. AAKM öz müraciətinin müsbət nəticə verdiyini Almaniyadakı Azərbaycanlıların inteqrasiyasında növbəti uğur hesab edir.

492