İran səfirliyi qarşısında etiraz aksiyası keçirilib
08 sentyabr 2011 13:38 (UTC +04:00)

İran səfirliyi qarşısında etiraz aksiyası keçirilib

APA-nın xəbərinə görə, aksiyada DAK-ın həmsədri, millət vəkili Sabir Rüstəmxanlı da iştirak edib. Aksiya iştirakçıları “Urmu gölü quruyur, Azərbaycan oyanmasa, uduzdu”, “Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun”, “Fars, rus, erməni, bunlar türkün düşməni” kimi şüarlar səsləndiriblər.


Aksiya zamanı DAK-ın bəyanatı da səsləndirilib. Bəyanatda son illər UNESCO tərəfindən təbii xəzinə kimi tanınan dünyanın üçüncü duzlu gölü Urmiyanın İranın irqçi rejiminin laqeyd münasibəti nəticəsində surətlə quruduğu qeyd olunub: “Gölün məqsədli şəkildə qurudulmasına şərait yaratmaq Tehran rejiminin yürütdüyü assimilyasiya siyasətinə xidmət edir. Buna etiraz olaraq aksiyaya çıxan dincə əhaliyə divan tutulur. Dünya Azərbaycanlıları Konqresi olaraq İran adlanan yerdəki rejimin dinc nümayişçilərə qarşı tətbiq etdiyi zorakılığı pisləyir, həbs olunanların tezliklə azadlığa buraxılmasını və Urmu gölünün xilası naminə təcili tədbirlər görülməsini tələb edirik. Eyni zamanda beynəlxalq təşkilatları Güney Azərbaycan türklərinin mübarizəsinə dəstək olmağa çağırırıq”.

Lakin polis aksiyanın davam etməsinə mane olub, aksiya iştirakçıları ərazidən uzaqlaşdırılıb.

Bununla belə, bəyanat İran səfirliyinə təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 885

Oxşar yazılar