Argentinanın tanınmış biznes jurnalları Azərbaycandan yazıb
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Argentinanın ən iri biznes qurumu olan Sənayeçilər Birliyinə məxsus “ECHO EN ARGENTINA” və Argentina Xarici İşlər, Beynəlxalq Ticarət və Etiqad Nazirliyinin xarici ticarət və sərmayələrin təşviqi fondu olan “Fundacion ExportAr”a məxsus “NEWS” jurnallarının son nömrələrində Azərbaycanla bağlı məqalələr çap olunub.
“ECHO EN ARGENTINA” jurnalında nəşr olunmuş “Azərbaycan – potensial tərəfdaş” adlı məqalədə yazılır ki, qlobal səviyyədə ən dinamik və ən yüksək inkişaf göstəricilərinə malik iqtisadiyyatı ilə Azərbaycan dünyada getdikcə daha çox strateji tərəfdaşlar cəlb etməkdədir və məhz Azərbaycan Argentinanın bir sıra səbəblərə görə öz mövqeyini möhkəmləndirmək və birgə mənfəət əldə etmək üçün seçdiyi ölkələrdən biridir. Məqalədə Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra sosial-iqtisadi tərəqqi istiqamətində keçdiyi yol təhlil olunur, ölkədə həyata keçirilməkdə olan və perspektiv layihələr, Azərbaycanın malik olduğu böyük maliyyə ehtiyatları və onların istiqamətlənməsi, habelə Argentina şirkətləri üçün ticarət, iqtisadi və sərmayə sahədə imkanlar barədə məlumatlar verilir.
“NEWS” jurnalında çap olunmuş “Azərbaycan: böyük strateji potensiala malik bazarı tanıyaraq” adlı məqalədə qeyd olunur ki, 2010-cu ildə Azərbaycanın Cənubi Amerikada ilk olaraq Buenos-Ayresdə səfirliyinin açılması ilə Cənubi Qafqazın ən iri iqtisadiyyatına malik bu ölkəsi ilə Argentina arasında ikitərəfli münasibətlərin gücləndirilməsində yeni mərhələ başlayıb. Məqalədə Azərbaycanın makroiqtisadi vəziyyəti təhlil olunur, ölkəni ticarət və sərmayələr üçün əlverişli bazar kimi şərtləndirən amillər sadalanır, Argentina ilə mövcud və perspektiv iqtisadi əməkdaşlıq imkanları və Azərbaycanda keçiriləcək iri sərgilər haqqında məlumat verilir.

597