Qənirə Paşayeva Türk Dünyası Bələdiyyələr Birliyinin başqanı ilə görüşüb - FOTO
İstanbulda səfərdə olan Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Türk Dünyası Bələdiyyələr Birliyinin başqanı Mustafa Bakurtala ilə görüşüb.
Lent.az-ın verdiyi məlumata görə, Mustafa Bakurtala Türk Dünyası Bələdiyyələr Birliyinin tarixi, fəaliyyəti, gələcək planları barədə danışıb və Azərbaycan bələdiyyələrinin təmsil etdiyi Birliyin fəal üzvlərindən olduğunu söyləyib.
Qənirə Paşayeva qardaş bələdiyyələr arasında təcrübə mübadiləsinin ümumi işimizə xeyir verdiyini, xalqlarımızı bir-birinə daha da yaxınlaşdırdığını qeyd edib və Azərbaycanın dövlətinin bu tip konstruktiv fəaliyyətlərə həmişə dəstək verdiyini vurğulayıb.
Millət vəkili İstanbulun Bağçılar Bələdiyyəsinin başqan yardımçısı Yavuz Subaşı ilə də görüşüb. Yavuz Subaşı Sultanqazi Bağçılar Bələdiyyəsinin həyata keçirməkdə olduğu layihələr və gələcək planlarından söz açıb. O, təmsil etdiyi bələdiyyənin türksoylu ölkə bələdiyyələri, o cümlədən Azərbaycan bələdiyyələri ilə işbirliyində maraqlı olduğunu dilə gətirib. Qənirə Paşayeva isə Bağçılar Bələdiyyəsinin bir çox sahələrdə əldə etdikləri yaxşı təcrübənin parlamentdə təmsil etdiyi bölgənin bələdiyyəsində də yayılmasında maraqlı olduğunu ifadə edib. Yavuz Subaşı Qənirə Paşayevaya bu görüşdən xatirə olaraq Azərbaycan, Türkiyə bayraqları və “Quran” bağışlayıb. Qənirə Paşayeva Yavuz Subaşını parlamentdə təmsil etdiyi bölgənin bələdiyyəsi ilə təmas qurmaq üçün Azərbaycana dəvət edib.
Qənirə Paşayeva Birləşmiş Kəndlər və Yerəl Yönətimlər Orta Doğu və Batı Asya Bölgə Təşkilatının (UCLUG-MEVA) baş katibi Mehmet Dumanla da görüşüb. Mehmet Duman millət vəkilinə təşkilatın tarixi, mandatı, həyata keçirdiyi layihələr və gələcək planları barədə məlumat verib. Qənirə Paşayeva təşkilatın üzərində məsuliyyətli missiyanın olduğunu və görülən işlərin bölgə xalqlarının mənafeyinə cavab verdiyini, mədəniyyət mübadiləsinə şərait yaratdığını bildirib.

497