Urmiyada polis gülləsi azərbaycanlı yeniyetmənin gözünü töküb
Güney Azərbaycandakı insan haqlarını müdafiə qurumlarının yaydığı məlumata əsasən, ETTELAAT-ın Təbriz şöbəsinin məmurları sentyabrın 3-də azərbaycanlı tələbə fəal Həmid Mənafi-Nadarlını küçədə tutub bilinməz istiqamətə aparıblar.
Bu qurumun Urmiya şöbəsinin əməkdaşları həmin gün Firudin Ağazadəni (Atilla) aksiyalara qatıldığına görə tutublar.
Həmin gün ETTELAAT-ın Şəbüstər şöbəsinin əməkdaşları Şəbüstərin Nadarlı kəndindən gənc azərbaycanlılar 22 yaşlı Cavad Fəthi, 18 yaşlı Məhəmmədrza Əqdəsi və 24 yaşlı Cəlal Əmirini saxlayıblar.
ETTELAAT-ın Ərdəbil şöbəsinin əməkdaşlarının isə sentyabrın 4-də Ərdəbil Azad İslam Universitetinin tələbəsi Həmid Qüvvətini tutduğu haqda xəbərlər yayılıb. Onun yaşadığı evdə axtarış aparılıb. Tələbə-gəncə məxsus kompüter, kitablar və bir sıra digər şəxsi əşyalar götürülüb.
Onların saxlanıldığı yer və onlara qarşı irəli sürülən ittihamlar barədə məlumat yoxdur.
Təbrizdən Mehdi Məhəmmədpur, Adil Xəndan, Əli Hadi həbs olunub.
Hakimiyyət bir qayda olaraq, etiraz çıxışlarından bir –iki gün öncə itimai fəal insanları həbs edir.
Sentyabrın 2-də Ankara Universitetinin magistrantı Məcid Cavadi və onun qardaşı Urmiya Universiteti informatika fakültəsinin tələbəsi Tohid Cavadi ETTELAAT-ın yerli bölməsinin məmurları tərəfindən həbs olunublar. Hakimiyyət nümayəndələri onların atası evinə sanksiyası girərək, qanunsuz axtarış aparıb. Axtarışdan sonra qardaşlara məxsus bir sıra əşyaları müsadirə ediblər.
Urmiyalı qardaşların tutulmasının rəsmi səbəbi açıqlanmasa da, ailə üzvləri onların saxlanmasını Urmiya gölünün qurumasına etiraz olaraq Güney Azərbaycanın iri şəhərlərində planlaşdırılan kütləvi aksiyalarla bağlı olduğunu söyləyiblər. Urmiyalı qardaşların hazırda harada saxlandığı bilinmir.
Evdə axtarış aparılıb, qardaşlara məxsus bir sıra şəxsi əşyalar götürülüb.
Sentyabrın 3-də Təbriz şəhərində keçirilən aksiyada tanınmış qadın hüquq müdafiəçisi, azərbaycanlı şair və tərcüməçi Fəranək Fərid tutulub. O, etiraz aksiyası zamanı küçədə saxlanılıb. Daha sonra ETTELAAT-ın Təbriz şöbəsinin əməkdaşları Fəranək Fəridin evində axtarış aparıb, ona məxsus bir sıra əlyazmaları və digər şəxsi əşyaları götürüblər. Fəranək Fəridin saxlandığı yer bilinmir.
Güney Azərbaycanın Mərənd şəhərindən olan Məhərrəm Xələqi və həyat yoldaş Səhər xanım sentyabrın 3-də həbs olunublar. Onların da saxlanıldığı yer məlum deyil.
Təbriz yaxınlığındakı Şəbüstər şəhərindən 18 yaşlı Məhəmməd Əqdəsi ETTELAAT-çılar tərəfindən tutulub.
İran ordusunun Tehrandakı qarnizonlarının birində xidmət edən mühəndis, əsgər Meysəm Azadi tutulub.
Hüquq müdafiəçilərinin məlumatına əsasən, ETTELAAT əməkdaşları Azərbaycan türkcəsində buraxılan “Urmu” jurnalının keçmiş əməkdaşı Meysəm Azadini sentyabrın 3-də qarnizonda tutaraq, bilinməz istiqamətə aparıblar.
Azərbaycanlı fəalın tutulmasının səbəbi rəsmən aşıqlanmasa da, Meysəm Azadinin ailə üzvləri olayı etiraz aksiyaları ilə əlaqələndirir.
Hüquq müdafiəçilərinin yaydığı bildirişinə əsasən, Urmiyadan olan 15 yaşlı azərbaycanlı yeniyetmə atılan plastik güllə nəticəsində bir gözünü itirib. Bundan başqa, 10-12 yaşında olan bir qrup yeniyetmə də həbs olunub.
Tutulanların ailə üzvləri Urmiya şəhər prokurorluğuna gedərək, yaxınlarının sərbəst buraxılması üçün girov qoyublar. Şəhər məhkəməsi 5-ci şöbəsinin hakimi Hüseyniyə Azər isə ona göndərilən işlərin hamısı haqda «qətimkan tədbirinin görülməsinə» dair qərar verib.
Azərbaycan Siyasi Məhbusları Müdafiə Komitəsinin sözçüsü Əlirza Quluncunun bildirdiyinə görə, son aksiyalarda saxlanılanların sayı min nəfər çatıb.
Sədrəddin Soltan

770