Güney Azərbaycanda etiraz aksiyalarının yeni vaxtı bəlli oldu
06 sentyabr 2011 18:09 (UTC +04:00)

Güney Azərbaycanda etiraz aksiyalarının yeni vaxtı bəlli oldu

0
Urmiya gölünün qurumasına Tehran hakimiyyətinin laqeyd münasibətinə bu ilin aprelindən başlayan etiraz aksiyasının bu həftə də davam edəcəyi haqda xəbərlər yayılıb.

Bu həftəki etiraz aksiyalarının Güney Azərbaycanın Təbriz, Urmiya, Salmas və başqa şəhərləri ilə yanaşı, Tehranda da keçirilməsi planlaşdırılıb.

Sentyabrın 9-da Tehranda İmam Hüseyn və İstiqlal meydanları arasında yürüşün keçirilməsi nəzərdə tutulub.

Həmin gün yerli «İstiqlal» futbol klubu ilə Təbrizin «Traxtursazi» komandası arasında oyun olacaq. Ehtimallara görə, vəziyyətin gərginliyini nəzərə alan hakimiyyət bu oyunu təxirə salmağı müzakirə edir.

Ayın 10-da isə Güney Azərbaycanın şəhərlərində aksiyaların keçirilməsi gözlənilir.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 647

Oxşar yazılar