Qənirə Paşayeva Türkiyə KİV-lərinin rəhbərləri ilə görüşüb
Türkiyədə səfərdə olan Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva TRT və “Tək Rumeli” telekanallarına geniş müsahibə verib, “Sultanhaber.com”un baş koordinatoru ilə görüşüb.
Lent.az-ın verdiyi məlumata görə, Qənirə Paşayeva TRT-yə müsahibəsində müstəqilliklərinin 20 illiyini qeyd edən türksoylu ölkələrlə işbirliyinin bugünü və sabahı, ölkəmizin tarixi, Dağlıq Qarabağ həqiqətləri, Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd-yuvalarına dönməsinə imkan verməməsi barədə məlumatlar verib.
Millət vəkili Azərbaycanın bir qarış da torpağından vaz keçməyəcəyini və torpaqlarını hansı yolla olursa-olsun, azad edəcəyini vurğulayıb. Qənirə Paşayeva TRT kimi nüfuzlu informasiya qurumlarının türk birliyinə, ortaq çıxarlarımıza böyük töhfələr vermək gücündə olduğunu söyləyib.
Qənirə Paşayeva İstanbulda “Tək Rumeli” TV-nin İdarə Heyətinin sədri Atilla Baykalla görüşüb. Atilla Baykal deyib ki, Azərbaycan həqiqətlərini yaymağa böyük önəm verirlər. Qənirə Paşayeva telekanalı Azərbaycana tanıtım proqramı çəkməyə dəvət etmiş, Azərbaycan insanının yaşantısının “Tək Rumeli TV” tamaşaçıları üçün maraqlı olacağına inandığını bildirib. Sonra telekanala geniş müsahibə verən millət vəkili Azərbaycan həqiqətləri, Türk Dünyasında inteqrasiya məsələləri ilə bağlı öz düşüncələrini bölüşüb.
Qənirə Paşayeva “Sultanhaber.com”un baş koordinatoru Arikan Çinarla da görüşüb. Arikan Çinar Azərbaycanı Türkiyədən ayırmadıqlarını vurğulayıb. Millət vəkili bu kütləvi informasiya vasitəsinin Azərbaycanla bağlı düşüncələrini təqdir etdiyini dilə gətirib.

511