Azərbaycan Qoşulmama Hərəkatından dəstək istəyib
06 sentyabr 2011 17:26 (UTC +04:00)

Azərbaycan Qoşulmama Hərəkatından dəstək istəyib

0
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Elmar Məmmədyarov deyib ki, Qoşulmama Hərəkatı bu gün də yarandığı gün olduğu qədər əhəmiyyətlidir və “Soyuq Müharibə”nin bitməsi qoşulmama xətti tutan ölkələrin siyasi koordinasiyası üçün mexanizm olan Qoşulmama Hərəkatının rolunu zəiflətməyib.

Elmar Məmmədyarov bildirib ki, bu yaxınlarda Qoşulmama Hərəkatına tam hüquqlu üzv olan Azərbaycan Respublikası Hərəkatın prinsiplərinə və məqsədlərinə bağlı olduğunu bəyan edib. Qoşulmama Hərəkatının daha yaxşı və dinc dünyanın yaradılması uğrunda 1955-ci ildə qəbul etdiyi “On Bandunq Prinsipi” bütün ölkələri suverenliyə, ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına hörmət etməyə, eyni zamanda, hər hansı bir ölkənin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı zorakılıqdan və təhlükə törətməkdən çəkinməyə səsləyir: “Təəssüflə qeyd olunmalıdır ki, Azərbaycan hələ də qonşu Ermənistanın təcavüzündən əziyyət çəkir və torpaqlarımızın 20 %-i hələ də işğal altındadır. Təqribən bir milyon qaçqın və məcburi köçkün həmin torpaqlardan etnik təmizlənməyə məruz qalmışdır. Təəssüf ki, BMT TŞ-nın münaqişə ilə bağlı dörd qətnaməsinin olmasına baxmayaraq, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmaqdan imtina edir və bununla da regionda davamlı sülh və stabilliyin bərqərar olmasına mane olur”.

Xarici işlər naziri Azərbaycan Qoşulmama Hərəkatının bir çox üzvlərinin ölkəmizin suverenliyi və ərazi bütövlüyü ilə bağlı tutduqları prinsipial mövqeyi yüksək qiymətləndirib, rəsmi Bakının Azərbaycanın Qoşulmama Hərəkatının Fələstinlə bağlı tutduğu mövqeyi dəstəklədiyini qeyd edib. Elmar Məmmədyarovun sözlərinə görə, Azərbaycan BMT sistemi daxilində razılaşdırılmış inkişaf məqsədlərinin və vəzifələrinin həyata keçirilməsinə töhfəsini vermək niyyətindədir: “Azərbaycan davamlı inkişaf və qlobal çiçəklənməyə, yoxsulluğun aradan qaldırılmasına və davamlı iqtisadi inkişafa tam dəstək göstərir və cəhdlər edir, xüsusən də inkişaf etməkdə olan və az inkişaf etmiş, həmçinin təbii fəlakətlərdən sonra dirçələn ölkələrin ehtiyac və zəifliklərinin aradan qaldırılmasına xüsusi diqqət yetirir. Son illər ərzində Azərbaycan ehtiyacı olan bir neçə ölkəyə hərtərəfli texniki və humanitar yardımlar göstərib və onların milli inkişaf siyasətlərinin və strategiyalarının həyata keçirilməsinə kömək edib”.

Xarici işlər naziri Azərbaycan 2012-2013 illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmaq üçün öz namizədliyini irəli sürdüyünü xatırladıb. Seçkilər bu il oktyabrın 13-də BMT Baş Assambleyasının 66-ci sessiyası zamanı keçiriləcək: “2012-ci ildə Azərbaycanın BMT-yə üzvlüyünün 20-ci ildönümü qeyd ediləcək, lakin buna baxmayaraq digər Şərqi Avropa ölkələrinin namizədlərindən fərqli olaraq, Azərbaycan heç vaxt Təhlükəsizlik Şurasının üzvü olmaq imkanını əldə etməyib. Bizim regional qrupdan olan namizədlər arasında Azərbaycan Qoşulmama Hərəkatına tam üzv olan yeganə ölkədir. Azərbaycanın Təhlükəsizlik Şurasına seçilməsi kiçik inkişaf etməkdə olan ölkələrin aşağı səviyyəli təmsilçiliyinə yeni görünüş verəcək və Təhlükəsizlik Şurasına daha çox balanslaşdırılmış üzvlük anlayışını gətirəcək. Sizi əmin edirəm ki, Qoşulmama Hərəkatı Azərbaycanın BMT-nin nüfuzlu alt-qurumu olan Təhlükəsizlik Şurasına üzvlüyü sayəsində daha güclü təmsilçilikdən faydalanacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 717

Oxşar yazılar