İran Araz çayından su götürəcəyi ilə bağlı Azərbaycanı məlumatlandırmayıb
İran Urmiya gölünün qurumasının qarşısını almaq üçün tədbirlərin görülməsi məqsədi ilə 900 milyon dollar ayırıb.
Lent.az-ın “vesti.az” saytına istinadən verdiyi məlumata görə, İran hökuməti Araz və Silva çaylarından Urmiya gölünə su axıdılmasını planlaşdırır.
Qeyd edək ki, Araz çayının suyundan və enerji resurslarından istifadə qaydaları ilə bağlı Azərbaycan və İran arasında razılaşma imzalanıb. Razılaşmaya əsasən, Azərbaycan və İran Araz çayının su və enerji resurslarından bərabər səviyyədə istifadə etməlidir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji siyasət şöbəsinin sektor müdiri Mütəllim Əbdülhəsənov “vesti.az” saytına açıqlamasında deyib ki, İranın Araz çayının suyundan Urmiya gölünün qurumasının qarşısını almaq üçün istifadə edəcəyi ilə bağlı rəsmi məlumata malik deyillər: “Araz çayının suyundan və enerji resurslarından istifadə ilə bağlı ikitərəfli komissiya fəaliyyət göstərir. Araz çayında suyun orta həcmi 5-6 milyard kubmetrdir. KİV-dəki bəzi məlumatlara görə, İran il ərzində Araz çayından 700 milyon kubmetr su götürmək istəyir. Bu, çayın ekosisteminə və iki ölkədə suvarmanın masştabına təsir göstərə bilər. Ancaq İran hələ öz planı barədə rəsmən bizə məlumat verməyib və ona görə də konkret nə isə danışmaq tezdir”.
Ekoloji Proqnozlaşdırma Milli Mərkəzinin prezidenti Telman Zeynalov isə hesab edir ki, İranın Araz çayından su götürməsi çayın ekosistemini təhdid etmir: “Sözsüz ki, Arazdan su götürülməsi çayda su səviyyəsinə və biomüxtəlifliyinə təsir göstərəcək. Ancaq hədsiz həcmdə çaydan su götürüləcəyini düşünmürəm. Böyük ehtimalla, iranlılar dağlarda buzların əriməsi və yağışlar zamanı daxil olan artıq suyu götürəcəklər. İran tərəfi özü də Araz çayının Aral gölünə yönləndirilməsində maraqlı deyil. Çünki Araz çayından bu çayın sahilində yaşayan milyonlarla iranlının həyatı asılıdır. İran Xəzərdən Urmiya gölünə kanal da çəkə bilər. Həm də İran Araz çayını Urmiya gölünə istiqamətləndirməyə də hazırlaşmır”.

444