SAM-da Avropa ölkələrinin beyin mərkəzlərinin nümayəndələri ilə görüş keçirilib - FOTO
Sentyabrın 6-da İspaniya, İtaliya, İslandiya, Estoniya və Ukraynanın müxtəlif beyin mərkəzlərinin nümayəndələri və parlament üzvləri ilə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) görüş keçirilib.
SAM-dan Lent.az-a verilən məlumata görə, beyin mərkəzlərinin nümayəndələrinə və parlament üzvlərinə SAM-ın fəaliyyəti – nəşr edilmiş elmi dərgilər, yerli və beynəlxalq əhəmiyyətli tədbirlər və perspektivli layihələr haqqında məlumat verilib.
Beyin mərkəzləri arasında elmi-tədqiqat sahəsində müxtəlif layihələrin və tədbirlərin həyata keçirilməsi vacib sayılıb. Görüşdə Cənubi Qafqaz regionun geosiyasəti, Avropa Birliyinin region ölkələri ilə münasibətləri, Qarabağ münaqişəsinin həlli ilə bağlı davam edən danışıqlar prosesində mövcud durum, Yaxın Şərq regionunda qeyri-sabit vəziyyət, beynəlxalq təhlükəsizlik və digər bu kimi əhəmiyyət kəsb edən məsələlər müzakirə mövzusu olub.
Qonaqlar isə “Avropa Birliyinin Xəzər regionuna baxışı: Yumşaq Güc yoxsa Realpolitik” mövzusunda sentyabrın 7-də Bakıda keçiriləcək konfrans, eyni zamanda həyata keçirəcəkləri layihələrlə bağlı məlumat veriblər.

Oxşar yazılar

MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53