PA şöbə müdiri: “Ermənistanın iradəsizliyi prosesləri ləngidir”
06 sentyabr 2011 11:48 (UTC +04:00)

PA şöbə müdiri: “Ermənistanın iradəsizliyi prosesləri ləngidir”

“Dağlıq Qarabağ probleminin nizamlanma prosesi ilə bağlı dəfələrlə bəyan etmişik ki, bunun sadə formulu var - məsələ beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır. Bu formulla bağlı Azərbaycan prezidenti dəfələrlə danışıb, danışıqlar prosesinin hansı məsələlər ətrafında getdiyini də söyləyib. Yəni, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, Dağlıq Qarabağda yaşayan bütün əhalinin milli, etnik vətəndaş hüquqları və dinc şərait təmin olunmalıdır. Bu normalar artıq bəllidir və neçə illərdir bu normalar ətrafında danışıqlar gedir. Sadəcə olaraq Ermənistan tərəfinin iradəsizliyi, yaxud öz iradəsindən asılı olmamağı, qeyri-konstruktivliyi, yaxud qeyri-konstruktivliyə məcbur edilməsi bu proseslərin getdikcə ləngiməsinə səbəb olur”.


APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Ermənistan prezidenti Serj Sarkisyanın “Dağlıq Qarabağ xalqı öz müqəddəratını təyinetmə hüququndan tam əsasla istifadə edib və özünün müstəqil yaşamaq hüququnu qanı bahasına qazanıb” fikirlərinə münasibət bildirərkən deyib.


Şöbə müdiri deyib ki, Dağlıq Qarabağ probleminin həlli gec-tez tapılmalıdır: “Əks təqdirdə “nə müharibə, nə sülh” şəraiti - torpaqların işğal altında qalması, məcburi köçkünlərin müvəqqəti yaşayış yerlərində məskunlaşması uzun müddət davam edə bilməz”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 443

Oxşar yazılar