Elmar Məmmədyarov Qoşulmama Hərəkatının yubiley tədbirində iştirak edib
0
0
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə 106 ölkəni təmsil edən nümayəndə heyətləri iştirak edir.
Tədbirdə Azərbaycan Respublikasını xarici işlər naziri Elmar Məmmədyarov təmsil edir.
Tədbir zamanı Azərbaycan Respublikasının xarici işlər naziri E.Məmmədyarov Mavriki xarici işlər naziri Arvin Boolel və Əlcəzair Xalq demokratik Respublikasının xarici işlər naziri Murad Medelsi ilə ikitərəfli görüşlər keçirib. Görüşlər zamanı ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Nazir E.Məmmədyarov eyni zamanda Monteneqronun xarici işlər naziri Milan Roçen ilə də görüşüb. Görüş zamanı əsasən Monteneqro prezidentinin Azərbaycan Respublikasına nəzərdə tutulan rəsmi səfərinə hazırlıq məsələləri və səfər zamanı imzalanması təklif edilən ikitərəfli sənədlər barədə ətraflı fikir mübadiləsi aparılıb, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.