Əli Həsənov: “Qəzet var ki, naziri 10 dəfə “tutur”
06 sentyabr 2011 11:06 (UTC +04:00)

Əli Həsənov: “Qəzet var ki, naziri 10 dəfə “tutur”

İnsanlar daha televiziya və radiolarda verilən informasiyalara inanırlar. Eyni xəbəri qəzetdə oxuyan şəxs, həmin informasiyanı televiziya və ya radioda eşitməmiş ona inanmır”.


APA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasında (MSK) Dairə Seçki komissiyalarının (DSK) sədrləri üçün keçirilən seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslarda Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.
Ə. Həsənov bir sıra qəzetlərin maddi maraqlar naminə eyni adam haqqında pozitiv, yaxud neqativ məlumat yazdığını deyib. Onun sözlərinə görə, bir şəxsdən pul alıb onu müsbət xarakterizə edirlərsə, başqasından pul ala bilməyəndə əleyhinə yazırlar.


“Qəzet var ki, ən mühüm nazirləri 10 dəfə “tutur”, 15 dəfə işdən “çıxarır””, - deyə Ə. Həsənov əlavə edib. Ə. Həsənov hər bir fəaliyyətin əsasında qanunun dayanmalı olduğunu deyib. O, bütün fəaliyyətlərdə şəffaflığın qorunmasının vacibliyini də vurğulayıb.

Şöbə müdiri qəzetlərin oxuculara düzgün, səhih məlumatlar çatdırmasının zəruriliyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 940

Oxşar yazılar